Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Qızlar günü bitdi, amma rəqəmlər “qan ağlayır”

Qızlar günü bitdi, amma rəqəmlər “qan ağlayır”

11 oktyabr Dünya Qız Uşaqları günü ilə bağlı olaraq açıqlama verən “Save The Children” Təşkilatı dünyada hər il 7 milyon 500 min qız uşağının zorla evləndirildiyini acılayıb. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hesabatda həmçinin dünyanın hər yerində qız uşaqlarının öz uşaqlığını və həyatını yaşamasına mane olan adətlərin, şərtlərin olduğu qeyd olunub. Bu siyahının başında isə uşaq yaşda zorla evləndirmələr gəlir.

Uşaqlara Yardım Təşkilatı olan “Save The Children” qız uşaqlarının zorla evləndirilməsi ilə bağlı qlobal miqyasda aparılan bir araşdırmanı Berlində ictimaiyyətlə paylaşıb. Araşdırma nəticələri hər il Yer kürəsində 7 milyon 500 min qız uşağının qeyri-qanuni şəkildə, zorla evləndirildiyini üzə çıxarıb. Araşdırmaya görə, bu nikahlar ən çox Orta və Qərbi Afrika ölkələrində baş tutur. Bu ölkələrdə hər il təxminən 1 milyon 700 min qız uşağı qeyri-qanuni üsullarla, zorla evləndirilir. “Save the Children” təşkilatının Almaniya bölümünün rəhbəri Suzanna Krüger deyib ki, tez yaşda evləndirilən bir çox qız uşağı şiddət və istismara məruz qalır. Bu qız uşaqlarının təhsil və özünü inkişaf etdirmə haqlarının bu formada əllərindən alındığına diqqət çəkən Krüger aşağıdakı sözləri deyib: “Uşaq yaşda nihaklar olduğu müddətcə qız uşaqları heç bir zaman oğlan uşaqları ilə eyni şanslara sahib ola bilməyəcəklər. Vəqf tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, bu nikahların qarşısını almaq üçün müxtəlif hüquqi tənzimləmələrdə irəliləyiş qeydə alınıb.

Statistikaya görə, 2015 – 2017-ci illər arasında 9 ölkədə evlənmə yaşı yüksəldilib və ya istisna təşkil edən durumlar qanundan çıxarılıb. Ancaq Krüger bu problemlə mübarizədə sadəcə qanunların yetərli olmadığını deyir. Onun fikrincə, bunun bir tək səbəbi var – o da bəzi ölkələrin qanunlar sistemli bir şəkildə həyata keçirməməsidir. Bu isə ciddi problemlərin ortaya çıxmasına səbəb olur.

Krüger eyni zamanda ən tez evlənmə yaşının 18-ə çıxarılmasını və bütün istisna təşkil edən düzənləmələrin də qaldırılmasını tələb edir.
Save the Children humanitar təşkilatının yeni hesabatına görə hər yeddi saniyədə yaşı 15-dən az olan bir qız evlənir. Araşdırmaya görə Əfqanıstan, Yəmən, Hindistan və Somali kimi ölkələrdə 10 yaşlı qızlar daha yaşlı kişilərlə evlənməyə məcbur edilir. BBC-in xəbərinə görə, Save the Children bildirir ki, erkən nikahlar qızın həyatında bir sıra problemlərə səbəb ola bilər. Münaqişə, yoxsulluq və humanitar böhranlar qızların uşaq yaşlarında evlənməsində əsas rol oynayır.

“Uşaq evliliyi qızların həyatında təhsil almaq, inkişaf etmək və uşaqlıqlarını yaşamaq kimi əsas haqlarından məhrum edir”, Save the Children qrupunun icraçı direktoru Helle Thorning-Schmidt deyib.

“Erkən evlənən qızlar adətən məktəbə gedə bilmir və böyük ehtimalla məişət zorakılığı, təhqir və təcavüzlə üzləşirlər. Onlar hamilə qalır və cinsi yolla keçən xəstəliklərə qarşı həssas olurlar”.

Hesabatda qızlar üçün ən çətin ölkələr sırasında Çad, Niger, Mərkəzi Afrika Respublikası, Mali və Somali kimi ölkələr yer alıb. Hesabatda deyilir ki, münaqişələrdən əziyyət çəkən qızların uşaq ikən gəlin olma ehtimalı böyükdür. Qeyd olunur ki, bir çox qaçqın ailələri qızlarını yoxsulluq və cinsi istismardan qorumaq üçün erkən evləndirirlər.

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …