Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Qızıma 190 manat verilməməsi ədalətsizlikdir” – Binəqədi sakini nazirlikdən araşdırma tələb edir

“Qızıma 190 manat verilməməsi ədalətsizlikdir” – Binəqədi sakini nazirlikdən araşdırma tələb edir

“Biz neçə gündür Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Qaynar xətt”inə düşə bilmirik. Dəstəyi qaldıran yoxdur ki, suallarımıza cavab verilsin. Bu xidmət nə üçün yaradılıb, anlaya bilmirəm. Bizi əsassız olaraq 190 manat birdəfəlik yardımdan kənarda qoyublar. Şikayətimizi, dərdimizi kimə deyək, bilmirəm”.

Bu sözləri “AzPolitika.info” saytına müraciət edən Binəqədi rayon sakini İsmayılov Məhəmmədzahir Aslan oğlu bildirib.

Şikayətçi deyir ki, bir neçə il əvvəl ünvanlı sosial yardım almaq üçün müvafiq dövlət qurumuna müraciət edib. Bu zaman ondan vergi ödəyicisi kimi qeydiyyatdan keçmək tələb olunub:“Mən də VÖEN aldım. İndi əsas gətiriblər ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçmişəm. Buna bir söz demirəm, həm də həyat yoldaşım tibb bacısı işləyir, ayda 250 manat əmək haqqı alır. Açıqlanan şərtlərə görə bizə yardım düşmür. Bəs mənim qızıma niyə imtina cavabı gəlib? Bu tamamilə qanunsuzdur”-deyə M. İsmayılov bildirib.

Onun sözlərinə görə, qızı Zəhra İsmayılova Kooperasiya Kollecində qiyabi təhsil alır: “Övladım da 190 manat müavinət almaq üçün müraciət edib. Ona verilən imtina cavabında qeyd olunur ki, “Məşğulluq haqqında” Qanunun 4.1.6-cü maddələrinə istinad edilir. Qanuna baxmışam, həmin maddədə yalnız əyani oxuyan tələbələrə yardım verilməyəcəyi yazılıb. Nazirlik deyir ki, 22 elektron bazada araşdırma aparıldıqdan sonra vətəndaşa cavab verilir. Bu araşdırma zamanı necə ola bilər, mənim qızımın əyani deyil, qiyabi təhsil aldığı bilinməsin?”.

Şikayətçi saytımız vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək onun övladına qarşı edilən ədalətsizliyin aradan qaldırılmasını xahiş edir.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …