Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Qızıl medal məsələsi “tarixin arxivi”nə göndərildi

Qızıl medal məsələsi “tarixin arxivi”nə göndərildi

Orta məktəbləri qızıl medalla bitirən məzunların imtahanlarsız (və ya sadəcə, ixtisas imtahanı ilə) ali məktəblərə qəbulu məsələsi ətrafında müzakirələrə birdəfəlik son qoyulub.

Belə ki, Milli Məclisin (MM) birinci oxunuşunun müzakirəsindən keçən və ikinci oxunuşu gözlənilən “Ümumi təhsil haqqında” qanun layihəsində bununla bağlı nəzərdə tutulan 13.19-cu maddə tamam dəyişdirilib.

Dəyişdirilmiş variantda bunlar əksini tapır:

“Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.

Xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.

Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Xatırladaq ki, əvvəlki variantda “Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar”, – deyə qeyd olunurdu.

Bununla da qızıl medal məsələsi ətrafında müzakirə və mübahisələrə birdəfəlik son qoyulub. (Oxu.az)

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …