Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Qiyamət ssenarisi, yoxsa iqlim dəyişikliyi: Şimal qütbü 25 dərəcə isinib, Avropa isə donur – FOTOLAR

Qiyamət ssenarisi, yoxsa iqlim dəyişikliyi: Şimal qütbü 25 dərəcə isinib, Avropa isə donur – FOTOLAR

Avropanı donduran, “Şərq canavarı” adı verilən canalıcı soyuqların səbəbi hazırda 25 dərəcə isinən Şimal Qütbü imiş. Qütbdə ortalama soyuqluq dərəcəsi mənfi 30 dərəcə olduğu halda, hazırda mənfi 5 dərəcədir.

Sibirdən gələn “Şərq canavarı” adlandırılan soyuqlar Avropada öz təsirini göstərməkdə davam edir. İtaliyanın paytaxtı Romaya 6 il sonra ilk dəfə qar yağıb. Qitədə 7 nəfər soyuqdan donaraq ölüb. İngiltərədə də 27 il sonra ən soyuq havanın yaşanacağı bildirilib. Şimal qütbünü izləyən mütəxəssislər burada havanın isinməsinin yaxşı əlamət olmadığını da qeyd edib. Şimal Qütbündə illər boyu mənfi 25-30 dərəcə soyuqluq olmasına baxmayaraq son bir ayda mənfi 5 dərəcəyə düşüb.

Elm adamları bu vəziyyətin 2016-cı ildə də yaşandığını, havanın isinməsinin buzların əriməsinə qədər gətirib çıxardığını qeyd edib.

Sibirin şərqində yerləşən Berinq dənizində də 1979-cu ildən bu yana buzların əriməsi müşahidə olunur.

Polşada noyabr ayından bu yana şiddətli soyuqlara görə 53 nəfər həyatını itirib. Ölənlərdən 12 nəfər son 1 həftə ərzində həyatını itirib.

Картинки по запросу мороз бомж

İqlim dəyişkənliyinin ağlasığmaz mənzərələrindən birinə də elə Polşada rastlanılıb. Polşanın Kaczory qəsəbəsində yerləşən Kopcze gölü donub. Lakin məsələ bununla da bitməyib.

Yağışlar səbəbi ilə yüksələn və daşqınlara səbəb olan sular da donub. Daha sonra göldəki suyun səviyyəsi endiyi zaman donan 20 sm qalınlığındakı buz səthi ağacların arasında asılı qalıb.

Antarktidada da buzlar əriməyə başlayıb. Mütəxəssislər Güney qütbündə yerləşən “King George” adasında yerləşən “Collins” buz dağının 10 il öncəyə nisbətən xeyli miqdarda əridiyini açıqlayıblar. Musavat.com

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …