Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Qazi və şəhid ailələri ilə görüş keçirilib

Qazi və şəhid ailələri ilə görüş keçirilib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı boyunca hər gün Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.

Birlikdən verilən məlumatına görə, təşkilatın rəhbərliyi bu gün bir qrup qəhrman Qarabağ qazilərini və mübarək şəhid ailələlərini ziyarət edib.
Görüşdə təşkilatın sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, Qarabağ qazilərini və müqəddəs şəhid ailələrini mübarək Ramazanda ziyarət etməyin ən böyük savab əməl olduğunu bildirib: “Vətənin varlığı uğrunda canını fəda edən qəhramanlarımıza, onların doğmalarına hər zaman bizlər borcluyuq. Hər gün Ramazan ayı boyunca xeyriyyə tədbirlərimizin həyata keçməsində bizə dəstək verən xeyir-savab əməl sahiblərinə təşəkkür edirik”.
Görüşdə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov diqqət və qayğıya görə təşkilatın rəhbərliyinə təşəkkürünü bildirib. O, Seyid Camal Əzimbəylinin və ailəsinin hər zaman şəhid və qazi ailələrini bayramlarda unutmadığını diqqətə çatdırıb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …