Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Qaxın icra başçısı Musa Şəkiliyevdən növbəti hədə – “GÜNÜNÜ QARA EDƏCƏM”

Qaxın icra başçısı Musa Şəkiliyevdən növbəti hədə – “GÜNÜNÜ QARA EDƏCƏM”

Qax rayonu icra başçısı Musa Şəkiliyev İcra Hakimiyyətinin binasında “Əhməd Şahidova qarşı qərargah” yaradıb

Qax rayonunda baş verən son hadisələr artıq ölkə mətbuatının diqqət mərkəzindədir. Rəsmi təbliğat-təşviqata start verilən gündən başlayaraq, hazırkı deputat Azər Kərimlinin əsas rəqibi olan hüquq müdafiəçisi Əhməd Şahidova qarşı müxtəlif xarakterli təzyiqlər edilməkdədir. Yerli məmurlar səviyyəsində təşkil edilən bu təzyiqlər birbaşa icra başçısı Musa Şəkiliyev tərəfindən idarə olunur. Belə ki, Qax bələdiyyəsinin sədri, Qax şəhər icra nümayəndəsi, İcra Hakimiyyətinin şöbə müdirləri və digər şəxslər öz şəxsi avtomobillərində qeyri-qanuni izləmə əməliyyatı keçirir, deputatlığa namizədin kəndlərdə keçirdiyi görüşlərdə müşahidələr aparır və görüşə gələn kənd sakinlərinə hədə-qorxu gəlirlər. Ötən gün Zəyəm kəndində baş verənlər və Zəyəm bələdiyyəsinin sədri Kamil Səfərov adlı şəxsin hərəkətləri artıq Qaxda baş verənlərin pik həddə çatdığını əyani sübut etmiş oldu.

Əldə etdiyimiz məlumata görə, bütün bu hərəkətlər İcra Hakimiyyətində yerləşən qeyri-rəsmi qərargahda müzakirə olunur və zəruri təlimatlar verilir. İcra başçısı Musa Şəkiliyevin göstərişi ilə İcra Hakimiyyətinin binasında ayrıca otaq ayrılıb və bu otaq deputatlığa namizəd Əhməd Şahidova qarşı fəaliyyət göstərən “qərargah” rolunu oynayır.

Deputatlığa namizədin kəndlərdə keçirdiyi görüşlərdə fəal iştirak edən və çıxış edən şəxslər axşam saatlarında İcra Hakimiyyətindəki həmin otağa dəvət olunur və onlardan Əhməd Şahidova qarşı video təkziblər verilməsi tələb olunur. Əksər qaxlılar bundan imtina etsələr də, artıq bir-neçə şəxsin təzyiqlərə dözməyib analoji video təkzib verməyə məcbur edildiyi barədə məlumatlar var.

Görünən odur ki, seçkinin nəticələrini gözləyən icra başçısı Musa Şəkiliyev deputatlığa namizəd Əhməd Şahidova qarşı kampramat toplamaqla məşğuldur. Əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, icra başçısı seçkidən sonra Əhməd Şahidovun qohumlarına qarşı təzyiqlər göstərməyə, dövlət işində çalışan qohumlarının kütləvi işdən çıxarılmasına çalışır. Bu barədə açıq danışan Musa Şəkiliyev ötən gün nümayişkaranə şəkildə “Noyabrın 2-dən Əhməd Şahidovun qohumlarının qara günləri başlayır” deyib və hədə-qorxu gəlib.

Xatırladaq ki, ötən günlərdə Qaxda baş verən prosesləri barədə geniş yazmışdıq.

Seçki gününə sayılı günlər qaldığı bir ərəfədə regionlarda təbliğat-təşviqat prosesinə yersiz müdaxilələr barədə yerli Dairə Seçki Komissiyaları və hüquq mühafizə orqanları mütəmadi olaraq, Bakıya məlumatlar ötürürlər.

7News.az xəbər verir ki, gərgin seçki ab-havasının müşahidə olunduğu və ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılan dairələrdən biri də 112 Saylı Qax Seçki Dairəsidir. Belə ki, Qax rayonunda baş verən son hadisələr, təbliğat-təşviqat prosesinin gedişi və yerli icra strukturlarının fəaliyyəti barədə ölkə rəhbərliyinə məruzə olunub.

Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, ölkə başçısına şəxsən məruzə olunan hesabat yerli hüquq-mühafizə orqanlarının və Bakıdan göndərilmiş monitorinq qrupunun hazırladığı faktlar əsasında hazırlanıb. İlham Əliyevə məruzə olunan hesabatda Qax rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşlarının, icra nümayəndələri və bələdiyyə sədrlərinin adları və qeyri-qanuni fəaliyyəti barədə ciddi məqamlar var.

Qaxda baş verənləri birbaşa nəzarətdə saxlayan ölkə rəhbərliyi hesabatda adları hallanan yerli məmurların nəzarətə götürülməsi və seçki prosesinə müdaxilələrin qarşısının alınması barədə xüsusi tapşırıq verib.

Görünən odur ki, icra başçısı Musa Şəkiliyevin başı dərddədir. Belə ki, icra başçısının təlimatı ilə fəaliyyət göstərən yerli məmurlar, bəzi icra nümayəndələri və bələdiyyə sədrləri yerli hüquq mühafizə orqanlarına verdikləri məlumatda bütün təlimatların birbaşa icra başçısından gəldiyini etiraf ediblər.

112 Saylı Qax Seçki Dairəsi Azərbaycan üzrə ən aktiv və gərgin seçki təbliğatının getdiyi dairələrdən sayılır 1 Noyabr seçkiləri təkcə Azərbaycanda deyil, ATƏT, AŞPA və Avropa Parlamenti kimi digər beynəlxalq qurumlarda da diqqətdə saxlanılır.

Baş verən hər bir qanun pozuntusuna ölkə rəhbərliyi səviyyəsində kəskin reaksiya verilir və lazımi ölçü götürülür. Ötən seçkilərdə məktəb müəllimlərinin seçki prosesində iştirakı və qanunsuz müdaxilələr barədə mütəmadi xəbərlər dərc olunmuşdu. Bu il keçiriləcək Milli Məclisə seçkilərdə də baş verən qanun pozuntuları ciddi nəzarətə götürülür. Bu barədə Prezidentin köməkçisi Əli Həsənov da mətbuata açıqlamasında açıq şəkildə bildirib. Lakin sosial şəbəkələrdə yayılan bəzi video görüntülər əlavə şərhə ehtiyac duymur.

Belə ki, Qax rayonu Ləkit kənd orta məktəbinin Tarix müəllimi Vaqif Aydınova qarşı olunan təhdidlər, onun iradəsinə zidd ifadələr verməyə məcbur edilməsi Azərbaycan müəllimi adının şərəf və ləyaqətinin alçaldılmasından başqa bir şey deyil.

Oktyabrın 17-də Ləkit kəndində yerli sakinlərlə görüşən deputatlığa namizəd Əhməd Şahidov kəndin qayğılarından danışıb. Görüşdə çıxış edən kənd məktəbinin müəllimi Vaqif Aydınov kənddə üzləşdiyi problemlərdən danışıb, yerli məmurların təzyiqlərini sadalayıb və Əhməd Şahidova dəstəyini ifadə edib. Bundan 1 gün sonra – Oktyabrın 18-də sosial şəbəkələrdə yayılan video isə həqiqətən də bütün dəyərlərin tapdanması və müəllim adının ayaqlar altına salınması idi.

Belə ki, Vaqif Aydınovun birinci çıxışından sonra onun evinə gələn Kamal Muxtarlı adlı bir şəxs Vaqif müəllimi küçə söyüşləri ilə təhqir etmiş, özü ilə gətirdiyi 10-a yaxın adamları göstərərək, Vaqif Aydınovu öldürtdürəcəyini bildirib. Ailə üzvlərinin gözü qarşısında baş verən bu hadisədən bərk qorxan Vaqif Aydınov kamera qarşısında təkzib verməyə məcbur edilib. Ləkit kənd məktəbinin Tarix müəllimi olan Vaqif Aydınovun hər iki çıxışını sizlərə təqdim edirik.

Görün, öz şəxsi maraqları naminə Azərbaycan müəlliminin şərəfini ayaqlar altına atan insanlar daha nələrə əl atırlar. Ümid edirik ki, Təhsil Nazirliyi və ölkə rəhbərliyi bu rəzalətə reaksiya verəcək və günahkarlar layiqli cəzalarını alacaqlar.

Qeyd edək ki, bir neçə gün öncə “Qaxdakı vəziyyət Prezidentə məruzə olunub – İcra başçısının başı dərddə” başlığı ilə yazı dərc etmişdik.

Seçki gününə sayılı günlər qaldığı bir ərəfədə regionlarda təbliğat-təşviqat prosesinə yersiz müdaxilələr barədə yerli Dairə Seçki Komissiyaları və hüquq mühafizə orqanları mütəmadi olaraq, Bakıya məlumatlar ötürürlər.

7News.az xəbər verir ki, gərgin seçki ab-havasının müşahidə olunduğu və ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılan dairələrdən biri də 112 Saylı Qax Seçki Dairəsidir. Belə ki, Qax rayonunda baş verən son hadisələr, təbliğat-təşviqat prosesinin gedişi və yerli icra strukturlarının fəaliyyəti barədə ölkə rəhbərliyinə məruzə olunub.

Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, ölkə başçısına şəxsən məruzə olunan hesabat yerli hüquq-mühafizə orqanlarının və Bakıdan göndərilmiş monitorinq qrupunun hazırladığı faktlar əsasında hazırlanıb. İlham Əliyevə məruzə olunan hesabatda Qax rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşlarının, icra nümayəndələri və bələdiyyə sədrlərinin adları və qeyri-qanuni fəaliyyəti barədə ciddi məqamlar var.

Qaxda baş verənləri birbaşa nəzarətdə saxlayan ölkə rəhbərliyi hesabatda adları hallanan yerli məmurların nəzarətə götürülməsi və seçki prosesinə müdaxilələrin qarşısının alınması barədə xüsusi tapşırıq verib.

Görünən odur ki, icra başçısı Musa Şəkiliyevin başı dərddədir. Belə ki, icra başçısının təlimatı ilə fəaliyyət göstərən yerli məmurlar, bəzi icra nümayəndələri və bələdiyyə sədrləri yerli hüquq mühafizə orqanlarına verdikləri məlumatda bütün təlimatların birbaşa icra başçısından gəldiyini etiraf ediblər.

112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Zəyəm kəndində keçirdiyi görüşdə kobud qanun pozuntusu ilə qarşılaşıb

Oktyabrın 24-də Qaxdan deputatlığa namizəd Əhməd Şahidov Zəyəm kəndində seçicilərlə görüşüb. Görüş zamanı Zəyəm kənd bələdiyyə sədri Kamil Səfərov ətrafındakı bir-iki nəfərlə görüşə müdaxilə edib və Əhməd Şahidovun görüşünə mane olub. Əvvəlcə özünü kənd sakini kimi təqdim edən Kamil Səfərov həmin məkanda istirahət etdiyini bildirib və bu görüşün onun istirahətini pozduğunu iddia edib. Daha sonra isə bələdiyyə sədri olduğunu etiraf edən Kamil Səfərov “öz kəndi” adlandırdığı Zəyəm kəndində başqa namizədin görüş keçirməsinə icazə vermədiyini bildirib.

Görüşə gələn 30-a yaxın insanı evlərinə getməyə səsləyən bələdiyyə sədri Kamil Səfərov seçki qanunvericiliyini kobud şəkildə pozaraq, deputatlığa namizədin seçicilərlə görüşünə mane olub.

İnanırıq ki, Mərkəzi Seçki Komissiyası və digər aidiyyatı qurumlar Qax rayonu Zəyəm kəndində baş verən bu qanun pozunsutu ilə bağlı zəruri tədbirlər görəcək və qanunun tələblərini pozan bələdiyyə sədrinə qarşı qanuni tədbirlər görüləcək.

Birbaşa rayon icra hakimiyyətinin nəzarətində olan bələdiyyə sədrinin özbaşına hərəkət etməsi heç də inandırıcı deyil. Görünən odur ki, icra başçısı Musa Şəkiliyev açıq-aşkar seçki təbliğatı prosesinə müdaxilə etməklə ölkədə şəffaf seçki mühitinə kölgə salmaqda davam edir. 

Xatırladaq kiSeçki gününə sayılı günlər qaldığı bir ərəfədə regionlarda təbliğat-təşviqat prosesinə yersiz müdaxilələr barədə yerli Dairə Seçki Komissiyaları və hüquq mühafizə orqanları mütəmadi olaraq, Bakıya məlumatlar ötürürlər.

7News.az xəbər verir ki, gərgin seçki ab-havasının müşahidə olunduğu və ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılan dairələrdən biri də 112 Saylı Qax Seçki Dairəsidir. Belə ki, Qax rayonunda baş verən son hadisələr, təbliğat-təşviqat prosesinin gedişi və yerli icra strukturlarının fəaliyyəti barədə ölkə rəhbərliyinə məruzə olunub.

Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, ölkə başçısına şəxsən məruzə olunan hesabat yerli hüquq-mühafizə orqanlarının və Bakıdan göndərilmiş monitorinq qrupunun hazırladığı faktlar əsasında hazırlanıb. İlham Əliyevə məruzə olunan hesabatda Qax rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşlarının, icra nümayəndələri və bələdiyyə sədrlərinin adları və qeyri-qanuni fəaliyyəti barədə ciddi məqamlar var.

Qaxda baş verənləri birbaşa nəzarətdə saxlayan ölkə rəhbərliyi hesabatda adları hallanan yerli məmurların nəzarətə götürülməsi və seçki prosesinə müdaxilələrin qarşısının alınması barədə xüsusi tapşırıq verib.

Görünən odur ki, icra başçısı Musa Şəkiliyevin başı dərddədir. Belə ki, icra başçısının təlimatı ilə fəaliyyət göstərən yerli məmurlar, bəzi icra nümayəndələri və bələdiyyə sədrləri yerli hüquq mühafizə orqanlarına verdikləri məlumatda bütün təlimatların birbaşa icra başçısından gəldiyini etiraf ediblər.

 

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın