Ana səhifə / Cəmiyyət / Qardaşının dəfninə getməyən Zərdüşt Əlizadə: “Vacib deyil…”

Qardaşının dəfninə getməyən Zərdüşt Əlizadə: “Vacib deyil…”

Xəbər verdiyimiz kimi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə ötən həftə dünyasını dəyişib. Onkoloji xəstəlikdən əziyyət çəkən mərhum partiya rəhbərinin dəfn mərasimində qardaşı, politoloq Zərdüşt Əlizadənin iştirak etmədiyi deyilir. 

Sosial şəbəkələrdə yayılan xəbərə əsasən, Zərdüşt Əlizadə uzun illər küsülü olduğu qardaşının yas mərasiminə qatılmaqdan imtina edib, onun ailəsinə belə başsağlığı verməyib.

Modern.az-ın əməkdaşı Zərdüşt Əlizadə ilə əlaqə saxlayaraq, deyilənlərin doğru olub-olmadığını soruşub.

O, əsəbi şəkildə bildirib ki, qardaşının dəfnində iştirak edib-etməməsi cəmiyyəti maraqlandıran mövzu deyil.

“Cəmiyyətin o qədər problemi var. İşsizlik, ümidsizlik cəmiyyətin əsas problemlərinə çevrilib. Məgər, onları bu yox, mənim dəfndə iştirak edib-etmədiyim maraqlandırır? Bu insanları maraqlandıran vacib məsələ deyil”,- o Z.Əlizadə bildirib.

Qeyd edək ki, Araz Əlizadə ilə qardaşı Zərdüşt Əlizadə uzun illər küsülü olublar. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …