Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Qaradağlı faciəsindən 29 il ötür

Qaradağlı faciəsindən 29 il ötür

Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 29 il ötür.

Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum ediblər.

İki gün çəkən ağır döyüşdən sonra ermənilər fevralın 17-də kəndi işğal ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.

Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb.

Şahid ifadələrinə əsasən, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra onlardan bəzilərinin başları kəsilib.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …