Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Qarabağ içimizdə qanayan yara idi” – Səlcuq Bayraqdar

“Qarabağ içimizdə qanayan yara idi” – Səlcuq Bayraqdar

Türkiyə Texnologiya Vəqfi olaraq Azərbaycanla əməkdaşlıq etmək niyyətindəyik. Bu yaxınlarda bununla bağlı əlaqə saxlanılıb, addım atılacaq. “Bayraktar” olaraq pilotsuz uçuş aparatları fəal şəkildə xidmət edir. Bu sahədə əsgəri heyətin yetişdirilməsi çərçivəsində təlimlər davam edir.

Bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar deyib. O bildirib ki, azərbaycanlı gənclər 2018-ci ildən etibarən texnofestival çərçivəsində yarışlarda iştirak edib, uğurlara imza atıb.

“İnanırıq ki, 2021-ci ildə qardaşlarımız yenidən festivala qatılıb, uğurlara imza atacaq. Qarabağ məsələsi içimizdə gənclik və uşaqlıq illərindən qanayan yara idi. Sonra pilotsuz uçuş aparatları müharibə tarixini dəyişdi. “Bayraktar”ın bu mübarizədə yer alması bizim üçün həyatboyu şərəf və qürur qaynağıdır”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …