Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Qalmaqallı Sərvis Süleymanov YAP üzvü olmasına baxmayaraq bitərəf namizədliyini irəli sürdü- SƏBƏB?

Qalmaqallı Sərvis Süleymanov YAP üzvü olmasına baxmayaraq bitərəf namizədliyini irəli sürdü- SƏBƏB?

Məlum olduğu kimi, dekabrın 23-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Artıq namizədlərin qeydiyyat prosesi başa çatıb və təbliğat-təşviqat mərhələsi gedir.

Bu prosesdə bizim diqqətimizi çəkən məqamlardan biri, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə bələdiyyəyə namizəd Süleymanov Sərviz Salman oğludur. YAP üzvü olmasına baxmayaraq namizədliyini müstəqil şəkildə verən bu şəxsin adı bir çox qalmaqallarda hallanıb. Əslən Naxçıvandan olan Sərvis Süleymanov əvvəllər Sumqayıt şəhərindəki Mənzil-İstismar sahələrindən (MİS) birinə rəhbərlik edib. Abşeron rayonunun sabiq icra başçısı Zakir Fərəcovla Sərvis Süleymanovun münasibətlərinin təməli də Sumqayıtda qoyulub. Belə ki, Z.Fərəcov Sumqayıt şəhər bələdiyyəsinin sədri işlədiyi zaman S.Süleymanov da MİS rəisi olub və bu iki şəxs arasında mövcud olan işgüzar münasibət sonradan dostluğa çevrilib. Z.Fərəcovun Abşeron rayon icra hakimiyyətinin başçısı təyin olunması isə dostlar qarşısında geniş imkanlar açıb və S.Süleymanov icra hakimiyyətində müavin postunadək yüksəlib.

Fərəcovun Sumqayıtlı dostu zamandan lazımınca bəhrələnərək özünə ciddi kapital formalaşdıra bilib. Abşeron rayonunun Fatmai kəndi ərazisində Sərvis Süleymanovun özünün, həyat yoldaşının və bacısının adına torpaq sahələri götürüb. Hazırda rəsmi statusu işsiz olan Sərvis Süleymanov bir zamanlar Abşeron Rayon icra hakimiyyəti başçısının müavini postunu tutub. 2017-ci ilin sonlarında vəzifədən alınan S.süleymanov müavin postunda əyləşən zaman əsas vəzifəsi tikinti sektoruna nəzarət etmək olub. Lakin bu vəzifəyə öz şəxsi maraqları konteksindən yanaşan S.Süleymanov Abşeronda sözün həqiqi mənasında “tikinti jandarması” kimi ad çıxarmışdı. Yerlərdəki casus şəbəkəsi vasitəsi ilə ən xırda tikinti yeniliyindən belə anındaca xəbər tutan S.Süleymanov, başının dəstəsi isə anındaca həmin yerdə peydə olur, təmir xarakterli işə görə belə sadə vətəndalara min bir adla yasaq və qadağalar qoyurdu. Bu isə insanlarda haqlı olaraq narazılıq yaradır və onlarda qəzəb hissi formalaşdırırdı. S.Süleymanovun tikinti sektoruna müdaxil o həddə çatmışdı ki, hətta vətəndaşlar hasar çəəkmək və ya həyətində toyuq hini tikmək üçün də sabiq müavinin bu və ya digər şəkildə razılığını almalı olurdu.

Tutduğu vəzifənin səlahiyyətindən istifadə edərək Abşeron rayonunda “öz qaydalarını” tətbiq edən S.Süleymanov həyətyanı ərazilərdə aparılan xırda tikinti işlərinə də müdaxilə edir, hətta icazəsiz hasar və ya toyuq hini tikməyə cəhd edənlərin arzusunu gözündə qoyurdu. S.Süleymanov hesab edirdi ki, o, rayonun “tikinti kralı”dır və ondan icazəsiz iki kərpicin üst-üstə qoyulması ona qarşı həqarətdir. Məhz bu səbəbdən də sabiq başçı müavini kənd-kənd, qəsəbə-qəsəbə dolaşaraq sadə, kasıb təbəqinin qəniminə çevrilir, onların onsuz da çətin olan həyatını daha da çətinləşdirirdi. Sərvis Süleymanovun “qəhrəmanlığı” bununla bitmir. Belə ki, onun adı daha bir qalmaqalda da hallanıb. Belə ki, S.Süleymanov vəzifədən alınmazdan bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq tikintiyə icazə verən şəxs ifşa edildi. Bu haqda mediada geniş xəbərlər dərc olundu. Əkrəm Məlikov adlı şəxs rayon ərazisində saxta sərəncamla tikinti aparıb. Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb.

Əkrəm Məlikov ifadəsində bildirib ki, 80 sot torpaq sahəsində ferma tikdirmək üçün əvvəldən tanıdığı 47 yaşlı Şahbaz Cavadova 10 min manat pul verib. Həmin şəxs də ona Abşeron rayon İcra Hakimiyyətindən sərəncam alıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan Abşeron rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayaraq istintaqa cəlb edib. Dindirmə zamanı Şahbaz Cavadov Abşeron rayon İcra Hakimiyyətinin başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırlamasını etiraf edib. Olayla bağlı maraqlı məqamlardan biri vətəndaşın icra hakimiyyətinin tikintiyə sərəncam sənədinə pul küllü miqdarda pul verməsidirsə, digəri Şahbaz Cavadovun şəxsiyyətidir. Şahbaz Cavadov Sərvis Süleymanovun doğma dayısı oğludur. Ş.Cavadovun Abşeron rayon icra hakimiyyətində iş həll edə bilmə etimadı da məhz qohumunun burda işləməsi ilə bağlı olub.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …