Ana səhifə / Cəmiyyət / Qadınların kişilərdə görmək istədiyi 10 şey: Fiziki, mənəvi, erotik…

Qadınların kişilərdə görmək istədiyi 10 şey: Fiziki, mənəvi, erotik…

Müasir ailə modelinin yaranmasından bu günə qədər kişilər və qadınlar arasında davam edən mübahisələrin eyni təməli var: “Sən məni başa düşmürsən”. Təbii ki, bu sözü müxtəlif vaxtlarda hər iki tərəf bir-birinə deyir. Amma qadınlarla müqayisədə kişilər qeybətdən nə qədər uzaq olsa da, qadınların onlardan nə istədiyini anlayan kişilərin çox olmadığı. Bəs qadınlar kişilərdən nə istəyir?
Beləliklə, avropa ölkələrində qadınların kişilərdən istədiyi 10 şey bunlardırə
10. Bəzən lazımsız məqamları belə etiraf edəcək qədər düzgünlük.
Düzgünlük, dürüstlük bütün insanlardan gözlənən, arzulanan keyfiyyətdir. Ancaq qadınların kişilərdən gözlədikləri düzgünlük bu deyil; onlar hər şeyi bilmək istəyirlər. Həyat yoldaşlarını nə qədər çox sevirlərsə bu detallar onlara bir o qədər çox lazım olur. Sevən bir qadın kişi öz haqqında danışan zaman heç vaxt xırdalıqda qınamaz. Hətta kişi ayaqqabısının tərliyi haqqında saatlarla danışa bilər.
Vay o gündən ki, kişi qadından xəbərsiz böyük işlər çevirir. Fəlakət!
09. Yaraşıqlılıq.
Ay “mənim üçün kişinin xarici yox, daxili önəmlidir”, nə bilim, “kişinin kürəyinə yox ürəyinə aşiq olun” … Əziz kişilər, bu ifadələri ciddiyə alıb xarici görkəminizə diqqət etməsəniz, sonu yaxşı olmayacaq. Düzdür, sonda hər şeyi kürək deyil, ürək həll edir. Amma qadının sizdə ilk fikir verəcəyi ən önəmli məqamlar boy-buxun, xarizma, görünüşnüzdü. Necə ki kişilər qadınlar haqqında nə qədər dərindən danışsalar da, öncə onların bədəninə baxırlar, eləcə də qadınlar… Bu modern dünyanın hələ də qalmaqda olan paradoksal reallıqlarındandır.
08. Etibarlılıq
Nəbadə fiziki gücünüzü qadınlara qarşı istifadə edəsiz. Onların gözündə etibarınızı itirsəniz, münasibətinizin davamı uğurlu olmayacaq. Qadın sizə – sözün əsl mənasında – rahat arxa çevirə bilməli, sədaqətinizə gözübağlı inanmalıdır.
07. Sürprizlər, hədiyyələr…
Nə qədər zəkalı, “işkolik”, ciddi qadın olsa belə, onun da buludların üstünə tullanmaq, pambığa bürünmüş şəkildə havada uçmaq, kenquri balası kimi olmayan kisənizə girmək ehtiyacı var: bəli, belədirlər. Ona görə də qadınlara tez-tez sürpriz etmək, xırda da olsa hədiyyə almaq heç vaxt yersiz deyil. Onlar sizə təşəkkür etmək üçün vaxt tapacaqlar.
06. Diqqət, diqqət! Diqqət.
Bu qadınların ən həssas yeridir. Onlara böyük hörmətiniz, ülvi hissləriniz ola bilər, amma bu hisslərin onlara agah olduğunu düşünüb digər vacib saydığınız işlərlə məşğul olaraq sevgililərinizi diqqətdən kənarda saxlasaz, hər şey bərbad olacaq. Eynən pişik ac qaldıqda evi daim yaşadığı evi tərk etdiyi kimi qadın da diqqət görmədiyi kişidən bir gün uzaqlaşacaq. Bu onların qanındadır. Odur ki, kişilərə lazımsız görünsə də, onlar boş-boş şeylərə görə tez-tez axtarılmaq, zəng edilmək, əhval soruşulmaq üçün əldən gedirlər. Kişilər, onları diqqətsiz qoymayın ki, sevgisiz qalmayasız.
05. Romantizm.
Bu qadın xilqətinin əhvalıdır. Kişilərin bəzən lağ etdiyi dəniz kənarında əl-ələ gəzmək, qağayılara çörək atmaq, sentimental musiqilər dinləmək əksər qadınların ruhunu qidalandırır. Bəzən ucuz şərab süzülmüş badələr toqquşdurulanda deyilən qiymətli bir şeir hər şeyi dəyişə bilər.
04. Nəzakət
On minlərlə kişi bu yanlışlığın qurbanıdır; guya qadınların sərt kişilər üçün ürəyi gedir. Əslində isə sərtlik münasibətin irləliləyən illərinin birində zövqə görə bəzi qadınlar tərəfindən arzulanan ola bilər. (Necəki, bu gün qamçı ilə döyülərək sevişmək istəyən mozaxist qadınlara da rast gəlirik). Amma qadınların kişilərdən gözlədikləri ən ümdə keyfiyyətlərdən biri onların özlərinin zərif xarakterinin oxşanmasına yetəcək nəzaktdir. Amma bu o demək deyil ki, kişi qadın qarşısında hər şeyini nəzakətə qurban verib nərmənazik hala düşməlidir. Bu da sevilmir. Əndazə!
03. Hörmət
Qadınlar sənayenin inkişafı və medianın dəstəyindən sonra artıq bir individdir. Onun bir fərd olaraq dəyərləndirilməsi vacib haldır. Bu gün kim desə ki, qadın kişidən bir pillə aşağı varlıqdır, o, çox güman ki, qadınlar tərəfindən arzulanmaz tipə çevriləcək. Bu gün onların istəkləri dinlənməli, fikirləri dəyərləndirilməlidir. Çünki onlar bunun fərqindədir.
02. Seks və münasibətdə uzunmüddətlilik
Qadınlar kişilərdən daha çox cinsi münasibətə ehtiyac duymaqda istəklidirlər. Lakin bunu etiraf etməkdə o qədər həssasdırlar ki, hər kəs elə bilir ki, cinsi münasibət istəyində kişilər aslan, qadınlar mələkdir. Psixoloqların fikrinə görə, əslində kişi üçün sevişmədən yaşamaq daha rahatdı, nəinki qadın üçün. Ona görə qısamüddətli münasibətlər daha çox qadınları depressiyaya salır, nəinki kişiləri. Uzunsürən münasibət istəkləri qadınlar üçün yataqda da keçərlidir; qadınlar daha uzun cinsi münasibət arzusundadırlar. Bir xeyli qadın kişi ilə sevişmək mövzusunda narazı tərəf olaraq qalır.
01. Pul.
Sabirin bu ifadəsini qəribçiliyə salmayın:
“Adəmi adəm eyləyən pul-paradır,
Parasız adəmin üzü qaradır”
Bu sehirli vasitə çoxlu qapıları açmaqda ən qadir açar olaraq qalır. Bəzən küçəylə gedəndə çox gözəl bir qızla bu gün sabah canını tapşıracaq bir kişinin cütlük simasında gəzişdiyini görürük. “Bu gözəl qız bu adamın nəyinə aşiq olub?” sualıyla yəqin çoxunuz rastlaşmısız. Cavab birdir: puluna. Ona görə də sorğuların nəticəsi və sosioloqların rəyi ona gətirib çıxarır ki, qadınların kişilərdən istədiyi şeylərin önündə pul dayanır.
Moderator.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …