Ana səhifə / Cəmiyyət / “Qərəzli trio” məşhur kulinara qarşı – Tahir Əmiraslanovu niyə qaralayırlar?

“Qərəzli trio” məşhur kulinara qarşı – Tahir Əmiraslanovu niyə qaralayırlar?

Yasamal Rayon Məhkəməsində Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun iddiaçı olduğu məhkəmə prosesi keçirilir. Ölkəmizi dünyada tanıdan Tahir Əmiraslanovun iş-gücünü kənara qoyub məhkəməyə üz tutmasının səbəbi barəsində əsasən mülahizələrə, obyektivlikdən kənar şəxsi mövqeyə əsaslanan aşağılayıcı çıxışlardır.

Məşhur kulinarı hədəfə alanlar isə bloqer Fərhad Aşurbəyli, aşpaz Orxan Muxtarov və ekspert Fikrin Bektaşidir. Məhkəmə mayın 10-da davam etdiriləcək. İddiaçı hər 3 cavabdehin onun barəsində yaydıqları şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların təkzib vermələrinə məcbur edilmələrini və dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.

Cavabdehlər Tahir Əmiraslanovun Azərbaycan mətbəxinin dünyada tanıdılmasında müstəsna xidmətlərini şübhə altına alan məlumatlar yayıblar. Tahir Əmiraslanovun öz sahəsi üzrə təbliğat, təşviqat aparmamaqda, gənclərin irəli çəkilməsinə əngəl olmaqda və bir çox digər məsələrdə ittiham ediblər.

Onların nə dərəcədə haqlı olmalarını məhkəməsiz də ayırd etmək olar. Bunun üçün sadəcə məşhur kulinarın həyat və yaradıcılığı haqda məlumatlarla tanış olmaq bəs edər. 1958-ci ildə doğumlu Tahir Əmiraslanov 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirib. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləyib. 1978-ci ildə ordudan təxris olunduqdan sonra 1979-cu ilədək Leninqradda tikintidə bənnalıq edib. Həmin il Leninqrad Sovet Ticarəti İnstitutununa qəbul olunub. 1984-cü ildə ali təhsilini uğurla başa vuraraq, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq ixtisasına yiyələnib. Tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzvüdür. Azərbaycanın mlli mətbəxinin inkişafında, süfrə mədəniyyətinin qorunmasında, unudulan xörəklərin bərpasında, təbliğatında, elmi təşəkkülündə və praktikada tətbiğində müstəsna xidmətləri var.

Onu tanıyanlar məşhur kulinarın yorulmaz əməyinin qarşılığının ölkəmiz üçün necə böyük tövhələr verdiyindən xəbərdardırlar. Tahir Əmiraslanov əməyi, çalışqanlığı, kulinariya və tarix sahələri üzrə dərin bilikləri olan, həmin biliklərdən mətbəx mədəniyətimizə erməni təcavüzünün qarşısını almağı bacaran, erməni  plagiatına qarşı dura bilmiş ilk və yeganə mütəxəssislərimizdəndir. Mətbəxi səngərə çevirən düşmənlərimizin yeməklərimizi özünüküləşdirmələrini önləyən, sübutlarla, faktlarla belə əməllərin qarşısını alan tarix elmləri doktoru, professordur. Azərbaycan mətbəxinin dünyada təbliğ olunmasında məşhur kulinarın rolu böyükdür. Onun yorulmaz əməyinin nəticələri sadalamaqla bitməz. Tahir Əmiraslanov usta aşpaz olmazdan əvvəl ideya generatorudur. 1991-ci ildə Azərbaycan Milli Kulinariya Mərkəzini(AMKM) və ardından Azərbaycan Milli Kulinariya Assosasiyasını (AMKA) yaradıb. Onun səyləri nəticəsində Azərbaycan 1992-ci ildə Ümumdünya Kulinariya Təşkilatları Birliyinə(ÜKTB)üzv seçilib. Həmin ildən başlayaraq ölkəmizin adı kulinariya sahəsində nüfuzlu yarışların qalibləri sırasında ilk yerlərdə olub və olmaqdadır. Ermənistanın bu sahə üzrə beynəlxalq tədbirlərdən kənarda qalmasında Tahir Əmiraslanovun rolunun olması onun fəaliyyəti ilə az-çox maraqlananların məlumatı var.

Saysız hesabsız tələbələri bu gün ən məşhur otellərin baş aşpazlarıdır. Azərbaycan mətbəxi haqda 30-dan artıq kitabın müəllifi, bir çox kitabların isə həmmüəlliflərindəndir. Müəllifi olduğu kitablar dünyanın bir çox dillərinə tərcümə olunub. Dünya dərəcəli usta aşpaz, dünya kulinariya mədəniyyəti ustasıdır. Hazırda Azərbaycan İrəvan bölgə mətbəxi, Bakı mətbəxi –reseptlər toplusunun üzərində işləyir. Ümumiyyətlə isə Azərbaycan mətbəxi, mətbəx mədəniyyəti haqda 30-dan çox kitabın müəllifidir. Onun səyləri nəticəsində dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. 2014-cü ildə ermənilər lavaşın erməni çörəyi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsinə nail olub böyük hay-həşirlə dünyaya bəyan etdilər. Lakin bu qərarın ömrü 1 sutkadan da az oldu. Sonradan qərarda “lavaş bütün regionda hazırlanan,  ermənilərin eksklüziv çörəyi deyil” kimi düzəliş olundu. Ermənilərin hay-küyü də səngidi, dəstəkçilərin səsi kəsildi. O dövrdə Tahir Əmiraslanovun qərara düzəlişlər edilməsi üçün məqsədyönlü fəaliyyəti özünün istəyi ilə reklam edilmədi. Əmiraslanov özünü zarafatyana “çömçə fırladan” adlandırır. Əslində isə onun çömçəsinin fırlatdığı işlər geniş mənada Azərbaycan mətbəx mədəniyyəti üçün çox böyük və sağlam özül yaradıb, dünyada tanıdılmasında müstəsna xidmətləri var. Onun Azərbaycan mətbəxinin tanıdılması üçün gördüyü işlərin şübhə altına alınması doğru deyil. Tahir Əmiraslanovun ölkə daxilində ləkələnməsi, gözdən salınması,  Ümumdünya Kulinariya Təşkilatları Birliyinə(ÜKTB)eyni məzmunlu əsassız məktubların göndərilməsi bu baxımdan yolverilməzdir.

Tahir m — копия.jpg (97 KB)

Bu gün məhkəmə qarşısında dayanmaq məcburiyyəti ilə üzləşmiş üçlüyün Tahir Əmiraslanovu qaralamasının arxasında hansı məqsədlər dayanır?

Anar Qasımov 6-cı dərəcəli usta-aşpazdır, əməkdar turizm işçisidir. Xaricdə keçirilən 50-yə yaxın kulinariya müsabiqəsinin iştirakçısı, çoxsaylı qızıl, gümüş medalların sahibidir. Ötən ilin avqustunda keçirilən  Azərbaycan aşpazlarının konqresinin təşkilatçılarından olub. 6 nəfərlik təşkilatçılar komandasında Fərhad Aşurbəyli də təmsil olunub. Anar Qasımlı “Yeni Müsavat”a deyib ki, konqresin təşkilində iştirakı bu sahə üzrə təhsil alan tələbələr üçün əlindən gələn köməkliyi göstərməkdən ibarət olub:

– Biz çalışırdıq ki, dövlətə, gənc aşpazlara xeyir verək.  O baxımdan iş görməyə çalışırdıq. Sonra başa düşdüm ki, Fərhad Aşurbəyli öz xeyrini güdür.

– “Öz xeyrini güdür” deyəndə nəyi nəzərdə tutursuz?

– Pul məsələləri. Ortada pullar vardı, hansıları ki, sponsorlar bu tədbirin keçirilməsi üçün vermişdilər, başladı özü üçün istifadə etməyə. Aşpazlar konqresi keçirildi. Konqresdən sonra söhbətlər oldu, gördük ki, Fərhad Aşurbəyli öz mənfəətini güdür, öz cibini güdən insandır. Ona görə də onunla iş görməkdən vaz keçdik.

– Bu konqresin keçirilməsinə zərurət vardımı?

– Aşpazlar vardı, hansılar ki, xaricdə olmuşdular. Biz sadəcə birlik yaratmaq istədik. İstədik ki, aşpazlar bir yerdə olsun. Məqsədimiz bu idi.

– Azərbaycan Milli Kulinariya Mərkəzi, Assosasiyası var, hansı ki, ölkədə və dünyada bu sahə üzrə işlər görür. Ona alternativ təsisatın yaradılması bir qədər anlaşılmaz görünmür?

– Mən 2006-cı ildən Azərbaycan Milli Kulinariya Assosasiyasının üzvü olmuşam. Tahir müəllim mənə dəstək olub, onun köməyi ilə çox nailiyyətlər əldə etmişəm. Biz aşpazlar konqresini yaradanda düşündük ki, cavanları bir yerə yığaq. Bilmədik ki, Aşurbəyli sırf öz xeyrini güdür oradan. İlk söhbət olanda tamam başqa fikirlər deyirdi, əmələ gəldikdə isə tamam başqa məsələlər çıxdı ortaya. Bilindi ki, öz cibini güdür, cavanların bir yerə toplanılması-filan da ümumi sözlərdir.

– Hansı məbləğlərdən söhbət gedirdi?

– Sponsorların ayırdığı pullar idi, konkret rəqəm haqda danışmaq istəmirəm. Sonrdan bildik ki, sponsorlardan alınan pullar təyinatı üzrə xərclənmir.

Tahir m-1 — копия.jpg (33 KB)

– Tahir Əmiraslanovun həyat və yaradıcılığı ilə tanışsınızmı?

– Əlbəttə tanışam, çoxunu oxumuşam. Həmin kitabları gənc aşpazlar oxumalıdır.

– Bəs həmin kitabların təbliğat-təşviqat, tədris üçün istifadə olunması necə, uyğundurmu?

– Əlbəttə ki, həmin kitabları aşpaz olmaq istəyən, bu sahənin dərin bilicisi olmaq istəyənlər mütləq oxumalıdırlar. Onun yazdığı kitabları oxumaq, nəticə çıxarmaq lazımdır. İlk usta-aşpaz diplomunu mən almışam, ali təhsilli aşpazam. Tahir müəllimlə bizim o vaxt söhbətlərimiz olub, o mənə diplom işini müdafiə etməyə kömək edib. O mənə çox böyük dəstək olub. Tahir müəllim mənə dərəcə verib.

– Orxan Muxtarov çıxışlarında deyir ki, ona diplom maddiyyat qarşılğında verilib. Bu haqda nə deyə bilərsiz?

– Orxanı 2003-cü ildən tanıyıram. Onun dediklərinin nəyə əsaslandığını bilmirəm. İnanmıram ki, belə bir şey olsun. Onun Fərhada qoşulub Tahir müəllimə qarşı etdikləri hərəkətlər düzgün deyil. Assosasiyadan pul mənimsənilməsi haqda deyilənlər gülməlidir. Orada pul çox az, görülən işin həcmi isə çox böyükdür. Hələ Tahir müəllim öz qonararlarından da xərcləyirdi. Fərhadın bu gün Azərbaycan kulinariyası haqda danışması belə doğru deyil. Bu adam fudbloqerdir. O hansı kulinariya haqda danışa bilər? O hansı yemək  haqda danışa bilər ki? Hansı yeməyin tərkibi, qramını deyə bilər? Hansı yeməyi bişirə bilər? Bu adam texnoloq deyil, aşpazlıq məktəbini qurtarmayıb, universitet belə bitirməyib. Bu yüzlərlə bloqerdən biridir. Bu adam kulinariya haqda hansı yarış haqda danışa bilər? Onun Tahir Əmiraslanov haqda yazdıqlarını oxumuşam, orada düzgün bir sətir belə yoxdur. Bacardığı qədər Tahir müəllimi aşağılamaqla məşğuldur, bu da kişiliyə yaraşmayan hərəkətdir. Fərhad ortalığa 2 il əvvəl çıxıb, Tahir Əmiraslanov 30 ildir ki, bu sahədir, bu sahənin inkişafında, Azərbaycan mətbəxinin dünyada təbliğində, tanıdılmasında rolu böyükdür.

– Aşurbəylinin fəaliyyəti nəyi hədəfləyir?

– Mən Tahir müəllimlə çoxlu beynəlxaql yarışlarda olmuşam. Hansı yarışda ki, biz olmuşuq, Azərbaycan olub, ora ermənilər gəlməyib. Ümumilikdə 52 yarışın iştirakçısıyam, həmin yarışlardan 40-da tahir müəllimlə iştirak etmişik. Ermənilər Tahir Əmiraslanov olan yerə gəlməkdən çəkiniblər. Çünki Tahir müəllim onların özlərinki kimi təqdim etməyə çalışdıqları yeməklərin əsaslı şəkildə Azərbaycan mətbəxinin nümunələri olduğunu isbatlaya bilir. Tahir Əmiraslanovun ÜKTB-dəki faəliyyəti haqda xəbərdar olanlar ermənilərin ondan niyə bu qədər çəkindiklərinin səbəbini də bilirlər.

– Fərhad Aşurbəylinin məqsədi, məramı nədir?

– Bu adamların fəaliyyəti ümumilikdə ermənilərin xeyrinədir. Beynəlxalq kulinariya təşkilatlarında Tahir Əmiraslanovun deyil, onların təmsil olunması o deməkdir ki, 3-5 ilə ermənilər torpaqlarımız kimi mətbəximizi də zəbt edib özlərinə aid edə biləcəklər. Fərhad Aşurbəylini dəstəsi yarışa gedir və orada dəstəsinin Ruslan adlı üzvü erməninin boynuna medal asır. Yəni sabah bu adamlar ermənilərin digər fitnələrinə də əl çalacaq, onların mətbəx nümunələrimizin özlərinin elan etmələrinə susqun razılıq bildirəcəklər. Bu gün aşpazlıqdan danışan Aşurbəylinin aşpazlıqdan başı çıxmır. Bu adam gedib xaricdə Azərbaycan mətbəxini necə təmsil edə bilər? Fərhad Aşurbəylinin fəaliyyətinin qarşısı alınmalıdır, onun fəaliyyəti Azərbaycana yaxşı bir şey vəd etmir, vəssalam.  Musavat.com

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …