Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Qəndab Quliyeva dünyasını dəyişib

Qəndab Quliyeva dünyasını dəyişib

Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva vəfat edib. “Report”un məlumatına görə, xalq artisti iyunun 26-da 67 yaşında dünyasını dəyişib.

Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.

Qeyd edək ki, Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın