Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Qəhrəman döyüşçü Yaşar Məhərrəmovun dəfnində böyük izdiham yaşanıb – FOTO+VİDEO

Qəhrəman döyüşçü Yaşar Məhərrəmovun dəfnində böyük izdiham yaşanıb – FOTO+VİDEO

Yanvarın 21-də qəfil ürəktutmasından vəfat edən igid və qəhrəman döyüşçü Yaşar Məhərrəmov  bu gün Pirşağıdakı “Şuşa qəbrstanlığı”nda torpağa tapşırıldı.  Azinforum.az-ın dəfndə iştirak edən muxbirinin verdiyi məlumata görə, Yaşar Məhərrəmovun dəfnində böyük izdiham yaşanıb və təqribən 5 min nəfərə yaxın adam iştirak edib. Onun döyüş yoldaşları, Şuşanın tanınmış ziyalıları Yaşarın qəbri üstündə onun Vətən sevgisindən, keçdiyi rəşadətli döyüş yolundan danışıblar.

y2

Bildirilib ki, Yaşar Məhərrəmov atəşkəs dövründə də, daima veteranların qayğısı ilə maraqlanıb, bir an da olsun Şuşanı və Azərbaycanın digər işğal edilmiş torpaqlarını unutmayıb.Azinforum.az bildirir ki, Yaşar Məhərrəmov 1968-ci ildə Şuşa şəhərində anadan olub. Dağlıq Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Şuşa özünümüdafiə batalyonunun rəhbəri kimi bir sıra ağır əməliyyatlara rəhbərlik edib, döyüşlər zamanı  bir neçə dəfə ağır yaralanıb.

y3

Yaşar Məhərrəmovun yaxınları bildirir ki,  rəhmətə gedərkən onun son sözü də, Şuşa ilə bağlı olub. “Deyəsən, Şüşanı  görə bilməyəcəm” deyərək, gözlərini əbədi yumub.Döyüşçünün dəfnində yaxından iştirak edənlər sırasında ANS televiziyasının rəhbərləri- Vahid Mustafayev və Mirşahin Ağayev də olub.

 

y4

y5

y6

 

Rövşən ƏLİ

Azinforum.az

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın