Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Qəbiristanlıqlardakı dəbdəbəyə son qoyulur – NAXÇIVANDA

Qəbiristanlıqlardakı dəbdəbəyə son qoyulur – NAXÇIVANDA

Naxçıvanda dəbdəbəli qəbirüstü abidələrin, tikililərin sökülməsinə başlanılıb.

BakiPost.az xəbər verir ki, iş icraçıları bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun əmr imzaladığını bildirir. Onların sözlərinə görə, həmin əmr Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tərəfindən hazırlanan “Qəbiristanlıqlar haqqında” qanun layihəsi əsasında verilib. Məlum olduğu kimi, qeyd olunan qanun layihəsində qəbir daşlarının standart ölçülərdə olması, qəbirüstü sərdabələrin tikilməsinə qadağa qoyulması nəzərdə tutulub.

Məlumata görə, qəbirlərin üstündəki əlavə tiklilər, eləcə də, qəbrin ətrafını bağlayan dəmirdən və ya daşdan olan hasarlar tamamilə sökülür, səliqə-sahman yaradılır. Bununla əlaqədar olaraq, ilk olaraq qəbir yiyələrinə məlumat göndərilir, söküntünün onların özləri tərəfindən aparılması istənilir ki, istifadə olunan materialları götürə bilsinlər.

Bildirilir ki, bu işlər hələlik Naxçıvan şəhərində aparılır.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın