Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Qəbələnin mərkəzi küçəsinə Polad Həşimovun adı verildi – FOTO

Qəbələnin mərkəzi küçəsinə Polad Həşimovun adı verildi – FOTO

Qəbələ rayonunun mərkəzi küçələrindən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

Üzərinə “Polad Həşimov” yazılan lövhələr küçəyə yerləşdirilib.

Qeyd edək ki, Prezidentİlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayonun icra başçısı Səbuhi Abdullayevə tapşırıq verib.

Xatırladaq ki, general-mayor Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb. P.Həşimov Aprel döyüşlərində göstərdiyi şücaətlərə görə təltif edilib.

Qəhrəman general Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunub.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …