Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Putin qələbəylə bağlı Prezident İlham Əliyevə zəng etdi – Açıqlama

Putin qələbəylə bağlı Prezident İlham Əliyevə zəng etdi – Açıqlama

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Prezideentin mətbuat Xidməti yayıb.

Məlumatda bildirilir ki, Vladimir Putin dövlət başçısını Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Prezident İlham Əliyevə fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Federasiyasının Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın