Ana səhifə / Cəmiyyət / Putin Bakıdakı Avropa Oyunlarına görə Rusiya telekanallarını qınadı

Putin Bakıdakı Avropa Oyunlarına görə Rusiya telekanallarını qınadı

Rusiya prezidenti Vladimir Putinin bu il iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları barədə danışıb.

RBK agentliyinin verdiyi xəbərdə deyilir ki, V.Putin “Bakı-2015″ə görə rus telekanallarının rəhbərlərini sərt tənqid də edib.

Rusiya prezidenti bədən tərbiyəsi və idmana həsr edilən tədbirdəki çıxışında deyib: “Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov indicə mənə belə bir yazılı qeyd göndərdi ki, Rusiyanın heç bir telekanalı Azərbaycanda keçiriləcək I Avropa Oyunlarıını yayımlamaq istəmir. Axı bu, necə ola bilər?! Bu yarış dünya səviyyəsində olan bir yarışdır. Başa düşürəm, büdcə vəziyyəti ilə əlaqədar məhdudiyyətlər var. Lakin vacib məsələlər də var. Bu, dünya idman tarixinə düşəcək bir hadisədir. Tarixdə ilk Avropa Oyunlarıdır. Hər şeydən görünür ki, idmanın bugünkü təşkiat səviyyəsi yüksək nailiyyətdir, ancaq informasiya təminatı yenə də qeyri-müəkəmməldir”.

Toplantıda idman naziri Vitali Mutko da idman yarışlarının işıqlandırılması və idmana informasiya dəstəyi sahəsində vəziyyətin yaxşı olmadığını bildirib. Bu çıxışlardan sonra “Qazprom-Media” holdinqinin prezidenti  Dmitri Çernışenko bildirib ki, holdinq yeni idman telekanalı  açacaq. Telekanalın bu payız “Rossiya-2” telekanalının tezliyində açılacağı, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən maliyyələşdiriləcəyini deyib

Qeyd edək ki, I Avropa Oyunları Azərbaycanda iyun ayının 12-28-də keçiriləcək.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın