Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Psixoloq: “Boşanma qadını da, kişini də xilas edir”

Psixoloq: “Boşanma qadını da, kişini də xilas edir”

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər. 

Psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, nikahların kritik periodları var: “Dünya statistikasına görə o period nikahdan 3,7, 15 il sonra yarana bilər. Bu üç periodda boşanma riski çoxalır. Azərbaycandakı boşanmalar demək olar ki, dünya statistikasına yaxındır. Boşanmaların səbələrini təkcə mənfi əməllərdə axtarmaq doğru deyil. Bəzi hallarda boşanma qadını da, kişini də xilas edir. Bəzən boşanma yeganə çıxış yoludur”.

Qeyd edək ki, ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …