Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / PROKUROR ATASI HƏBS EDİLƏN BAŞ REDAKTORA 5 İL CƏZA İSTƏDİ

PROKUROR ATASI HƏBS EDİLƏN BAŞ REDAKTORA 5 İL CƏZA İSTƏDİ

Azinforum.az-ın əldə etdiyi məlumata görə, bu gün Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı (prokuror-red)  “Sonolay.org” saytının baş redaktoru Ramin Məhəmmədoğlunun 5 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib. Jurnalist Azinforum.az-a açıqlamasında faktı təsdiqləyib. Qeyd edək ki, bir neçə gün bundan əvvəl, baş redaktorun atası Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan mərhum edilib. Baş redaktor ittihamları qəbul etmir və bildirir ki,  həm özünün, həm də atasının belə ittihamlara tuş gəlməsi sırf  jurnalist fəaliyyətilə bağlıdır. Növbəti proses martın 28-nə təyin edilib, həmin gün Ramin Məhəmmədoğluna hökm oxunacağı gözlənilir.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın