Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada (FOTOLAR)

Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada (FOTOLAR)

Tele-aparıcı Hacı Nuran prezident ailəsi ilə fotolarını paylaşıb.

“Qaynarinfo” xəbər verir ki, Hacı Nuran prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyavalar, prezidentin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevlə birlikdə fotolarını “Instagram”da yayıb. Fotoda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyevin övladları da var.

Hacı Nuranın paylaşıdığı şəkillər sosial şəbəkədə böyük marağa səbəb olub. Tele-aparıcı Leyla Əliyeva ilə bir paylaşdığı şəklin altına bunları yazıb: “Leyla Əliyevanın titulları çoxdur… O, ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir… Lakin mənim fikrimcə, onun başlıca titulu belədir- mərhəmətli və xeyirxah insan… Onun sayəsində neçə neçə insan həyatı xilas olub… Xeyirxah əməllərini saymaqla bitməz… Var olun”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın