Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Prezident Mikayıl Cabbarova yeni vəzifə verdi – SƏRƏNCAM

Prezident Mikayıl Cabbarova yeni vəzifə verdi – SƏRƏNCAM

Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiqənib.

Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Komissiya həmsədrinin müavini
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Energetika nazirinin müavini
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri”.
Komissiyanın əvvəlki tərkibi isə aşağıdakı kimi idi:
Komissiyanın həmsədri
Azərbaycan Respublikasının vergilər naziri
Komissiya həmsədrinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …