Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Prezident İlham Əliyevin Rəsulzadə haqqında fikirləri

Prezident İlham Əliyevin Rəsulzadə haqqında fikirləri

İlham Əliyevin 2013-cü il noyabrın 24-də ikinci dəfə “Jurnalistlərin dostu” seçilməsi münasibətlə keçirilən mərasimdə Məmməd Əmin Rəsulzadə və digər ictimai xadimlərlə bağlı fikir səsləndirmişdir.

Ölkə.Az saytı mövzunun aktuallığını nəzərə alaraq həmin mərasimdə Prezident İlham Əliyevin nitqindən bir hissəni prezidentin rəsmi saytına istinadən oxuculara təqdim edir:

“Azərbaycan xalqı, xüsusilə, Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir. Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır. Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulmuşdur.”

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın