Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Prezident İlham Əliyev MTN rəhbəri Eldar Mahmudovu işdən azad etdi

Prezident İlham Əliyev MTN rəhbəri Eldar Mahmudovu işdən azad etdi

Prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

Vəzifəsindən azad olunan nazirin yerinə kimin təyin olunduğu haqda prezident sərəncamı hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsinə prezidentin 23 iyul, 2004-cü il tarixli sərəncamı ilə təyin olunmuşdu.

Əlavə olaraq bildirək ki, Eldar Mahmudov bir neçə ay əvvəl vəzifəsindən azad olunan Beynəlxalq Bank sədri Cahangir Hacıyevin qudasıdır. Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub.
Xatırladaq ki, Cahangir Hacıyev sözügedən bankı müflis olma həddinə çatdırdığına görə postundan azad edilmişdi.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın