Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Polkovnikin pensiya ilə bağlı şikayətinə aydınlıq gətirildi

Polkovnikin pensiya ilə bağlı şikayətinə aydınlıq gətirildi

Ehtiyatda olan polkovnik-leytenant Nadir Tağıyevin təqaüdündən qeyri-qanuni hər ay 500 manat tutulması ilə bağlı mətbuatda yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, müəyyən olunub ki, Nadir Fərman oğlu Tağıyev 2003-cü ildə Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxıb. Eyni zamanda, adıçəkilən şəxsə Milli Təhlükəsizlik Nazirliyindən gələn məlumat vərəqəsinə əsasən, 12 may 2013-cü il tarixində ikinci əmək pensiyası təyin olunub, qanunun tələblərinə zidd olaraq ona ikili pensiya gedib və dövlət büdcəsindən artıq vəsait ödənilib.

Qeyd olunub ki, bu ikili pensiya faktı 31 mart 2016-cı il tarixində aşkarlanıb və DSX-nin sabiq əməkdaşı kimi aldığı əmək pensiyası dayandırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə uyğun olaraq, 12.05.2013-31.03.2016-cı il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilən 36649,13 manat pul vəsaiti öz razılığı ilə (ərizəsi əsasında) aylıq 300 manat olmaqla 31 iyul 2026-cı il tarixinədək tutulacaq. Həmin vəsaitin 12300 manatı artıq tutularaq geri ödənilib, qalan 24349,13 manat vəsaitin tutulması yuxarıda qeyd edilən tarixədək davam etdiriləcək.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …