Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı

Polkovnik nöqsana yol verdi, nazir işdən çıxardı

Binəqədi və Abşeronda polis orqanlarında yeni təyinatlar olub.

“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən, Binəqədi Rayon 4-cü Polis Şöbəsinin rəis müavini, polis mayoru Zaur Babazadə işdən çıxarılaraq Qobu Polis Bölməsinə rəis təyin olunub.

Bundan başqa, Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki İsa Babaşovun fəaliyyətində yoxlamalar nəticəsində nöqsanlar aşkar olunaraq sərəncama götürülüb.

Nazirin əmri ilə onun yerinə Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Zaur Əliyev gətirilib.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …