Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Polkovnik-leytenant faciəvi şəkildə həlak oldu

Polkovnik-leytenant faciəvi şəkildə həlak oldu

Vətən Müharibəsi iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən Gəncədə baş verib.

Axşam saat 22:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb. Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Şöhrət Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant rütbəsi daşıyan Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılmışdı.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …