Ana səhifə / Cəmiyyət / Polis vəkili döyüb? – AÇIQLAMA

Polis vəkili döyüb? – AÇIQLAMA

Bəzi sosial şəbəkə səhifələrində polisin vəkili döyməsi ilə bağlı əsassız iddialar yayılıb. Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı zala daxil olan vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi həqiqəti əks etdirmir, faktsız və sübutsuzdur.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, Qabil Ələsgərovun hüquqlarını müdafiə edən vəkil C.İsgəndərov Şirvan Apellyasiya Məhkəməsində keçirilən başqa bir proses zamanı zala mülki geyimdə daxil olaraq məhkəmədə polis əməkdaşlarına kinayəli suallar ünvanlamaqla, asayiş keşikçilərini təxribata çəkməyə cəhd göstərib.

Polis əməkdaşları isə məhkəmə prosesinə mane olan şəxsə iradlarını bildirərək, onu intizama dəvət ediblər. Polis əməkdaşları məhkəmə zalında keçirilən prosesin Q.Ələsgərovun məhkəməsi olmadığı və ona məhkəmənin gedişatına mane yaratmamaq üçün zalı tərk etməsini bildirən zaman isə vəkil C.İsgəndərov orada mübahisə yaradıb. Daha sonra isə həmin şəxs polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib.

Qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar aparılır.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …