Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / POLİS RƏİSİNDƏN NAZİRƏ ŞİKAYƏT EDİLDİ

POLİS RƏİSİNDƏN NAZİRƏ ŞİKAYƏT EDİLDİ

Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi ev 88 mənzil 49 ünvanında yaşayan Məmmədov Aliq Fikrət oğlu AzToday.az portalına müraciət edərək, qarşılaşdığı özbaşınalıqla bağlı geniş ictimaiyyəti məlumatlandırmaq istəyində olduğunu bildirib.
Aliq Məmmədov tərəfindən daxili işlər naziri Ramil Usubova ünvanladığı şikayəti AzToday.az olaraq olduğu kimi təqdim edirik:
“Məlumat üçün bildirirəm ki, oğlum Məmmədov Xəyal Aliq oğlu və digər oğlum Məmmədov Röyal Aliq oğlu hər ikisi Nizami RPŞ-də polis nəfəri işləyirdilər. PPX-nə işə götürülmüşlər. (Nofəl Məhərrəmov tərəfindən) Sonra Xəyal Nizami rayon polis idarəsinin CAŞ-nə kiçik inspektor, Röyal isə 23-cü polis bölməsinə Əməliyyat işləri üzrə kiçik inspektor təyin edilərək işləri davam etdirmişlər. Hər biri üçün N.Məhərrəmov məndən 20000 (iyirmi min) birlikdə 40000 (qırx min) manat pul tələb edib alınmışdır.
2014-cü il dekabr ayının 15-dən 16-na keçən gecə vaxtı ilə bizimlə bir məhlədə yaşamış Anar adlı taksi sürücüsü Röyala zəng edərək maşınında bir qız sərnişin əyləşdiyini və arxasınca Hunday markalı maşının onu saxlatmaq istədiyini bildirib. Əlavə bildirib ki, qız Anardan maşını saxlamağı xahiş edib. Deyib ki, neçə vaxtdır onlar məni ayrı-ayrı kişilərə satırlar, indi saxlasan məni döyüb aparacaqlar.
Anar qıza bildirib ki, tanış polis var zəng edib çağırım? Qız çağırmasını xahiş etmişdir. Anar Röyala zəng edərək harada olduğunu soruşub və Laçın ticarət mərkəzinin qarşısına gəlməsini xahiş edərək vəziyyəti ona bildirmişdir. Röyal Asif adlı mülki şəxslə maşını ilə Laçın ticarət mərkəzinin qarşısına gəlib və görüb ki, iki oğlan qara rəngli 07 markalı maşından qızı zor işlədərək düşürüb öz Hundayına tərəf aparırlar. Röyal tez ora yaxınlaşaraq polis olduğunu bildirərək polis vəsiqəsini göstərərək tabe olmaqlarını tələb etmişdir. Öz maşınından qandal çıxararaq ikisini bir-birinə qandallayaraq öz maşınına arxa oturacağa əyləşdirib qızı isə qabaq oturacaqda əyləşdirərək Anar da Asif ilə birgə onun arxasınca 23-cü bölmə istiqamətində hərəkət edərək “Dan Ulduzu” şadlıq evinin yanında işıqforun qırmızı işığında Röyal maşınını saxlamış Anarda arxasında.

Bu vaxt sağ yoldan bir maşın Royalın maşınının qarşısına vermiş və içərisindən 4 nəfər əllərində dəmir parçaları ilə düşərək Royalın maşınına tərəf gələrək onlara hücum etmişlər. Röyalın ayağına, Asifin üzünə və Anara zərbələr endirmişlər. Röyal bölmə rəisinə əvvəlcədən telefonla hadisə barədə məruzə etmiş rəis Nəsib Məmmədov onları bölməyə gətirməyini bildirmişdir. Hücum edən şəxslər Röyalın maşınından əlləri qandallı şəxsləri düşürüb, Röyala hücum çəkmişlər. Röyal cəld maşınına minərək oradan aralanıb və qızı 23-cü polis bölməsinə gətirmiş və yazılı raportunu təqdim etmişdir. Qızında izahatı alınmışdır. (Qız azyaşlı idi) Asif və Anar da həmin bölməyə gəlmişdirlər. 24-cü polis bölməsinin əməkdaşları “Dan Ulduzu”nun yanına gəlib həmin şəxsləri bölməyə gətiriblər. Röyala zəng edib qızı 23-cü bölmədən 24-cü bölməyə gətirməsini istəmişlər. Röyal elə də etmişdir. 24-cü bölmədə Röyal raport vermiş, qızda onu neçə vaxtdır Masazır qəsəbəsində Sənan adlı şəxs dostları ilə birgə saxlayıblar. Sənan onunla özü cinsi əlaqədə olurmuş və azmış kimi onu şəhərdə və Sumqayıt yolunda kafe və barlarda ayrı-ayrı kişilərə sataraq pul əldə edirmiş. 24-cü bölmədə Sənan özü də boynuna alaraq etiraf etmişdir. 24-cü bölmənin rəisi Etibar müəllim və 23-cü bölmənin rəisi Nəsib qızı sataraq istismar edən dəstəni üzə çıxarmısan demişlər. Sənan hər şeyi etiraf etdi.
Əfsuslar olsun ki, Nizami rayon polis idarəsinin rəisi Nofəl Məhərrəmov işi tərsinə çevirərək Royaldan əvəz çıxmaq fürsətinə yiyələnmək istəyini həyata keçirdi. Röyal qandal vurduğu şəxslərdən ikisinin idarədə və 24-cü bölmədə qohumları işləyirdilər.
Nofəl Məhərrəmov bir müddət əvvəl Röyala ailə söhbəti etmiş, Röyal da onun cavabını qaytarmışdır. Bu işdə də Nofəl Məhərrəmov əlinə fürsət düşmüş – işi tərsinə çevirmişdir. 2014-cü ilin dekabr ayının 17-də Röyalı otağına çağıraraq Baş polis idarəsindən sənin haqqında tədbir görməyimi istəyəcəklər. Sən ərizə ver mən saxlayacağam özümdə iş ciddiləşəndə deyəcəyəm ki, ərizə ilə işdən çıxıb, az keçsin səni işə qaytaracağam. And içərək Röyalı inandırıb. Mən gəldim rəisin otağına daxil oldum, içəridə müavin Ədalət Vəliyev, Firdovsi Hüseyinəliyev, Vidadi müəllim, 24-cü bölmənin rəisi Etibar müəllim və 23-cü bölmənin rəisi Nəsib Məmmədov, kadrlar üzrə rəis Nofəl Əliyev və birdə Röyal var idi.

Nofəl Məhərrəmov Firdovsi Hüseyinəliyevə sən Royalla get “Qorotdel”də Röyal izahat verəcək. Onlar gedəndən sonra kadr şöbəsinin rəisi Nofəl Əliyevdən soruşdu ki, ərizəsini aldın Röyalın, o cavab verdi ki, bəli. Mən soruşdum sən nə edirsən. Nofəl Məhərrəmov dedi ki, narahat olma hər şey yaxşı olacaq. Mən dedim nə olub ki, belə danışırsan cinayətkar tutulub. O, dedi ki, təkbaşına gedib eybi yoxdur. Mən dedim axı evdə dedi ki, bölmə rəisi Nəsib müəllimə telefonla məruzə etmişəm. Nəsib müəllim təsdiqlədi ki, bəli mənə telefonla deyib, mən demişəm gətir bölməyə. Mən sual verdim ki, niyə kömək göndərmədiniz. Cavab verdi ki, bilmədim belə olacaq. Ancaq Nofəl Məhərrəmov işi elə qurdu ki, guya həmin vaxt Röyal öz ərizəsi ilə (dekabr ayının 14-ü ərizə verib 15-i işdən çıxarılıb) işdən çıxıb və özbaşına gedib onlardan pul tələb edib. Tələbetmə maddəsi ilə Röyala cinayət işi başladı. Mənə dedi özüm kömək edəcəyəm qorxma.
14 dekabr 2014-cü il tarxində Röyal gecə tabel silah götürərək əməliyyat qrupunda olub. Əməliyyat qrupundan 15 dekabr çıxıb silahı təhvil verib. 15 dekabr 2014-cü il tarixdə 23-cü bölmədə axşam iclasda olub. 16 dekabrda da bölmədə işdə olub. 17 dekabrdan 23-cü bölmədən işdən idarəyə rəisin çağırışına gəlib. Ancaq Nofəl Məhərrəmovun planına görə guya Röyal 14 dekabrda ərizə verib 15 dekabr 2014-cü il tarixdə öz ərizəsi ilə işdən çıxıb. Hansı ki, 17 dekabrda Röyala aldanaraq ərizə yazdırıb tarixi 14 dekabr 2014-cü il il tarixə qoyub. Hədə-qorxu gəlmə maddəsi ilə 4 aylıq sanksiya verdirdi və Röyalı təcridxanaya göndərtdirdi.
Mən Nofəl Məhərrəmovun yanına getdim, niyə belə etdiyin soruşdum dedi ki, bilmədim belə olacaq. Özüm kömək edib çıxaracağam. Mən dedim çox sağ ol. Röyal işə girəndə məndən 10000$ (on min ABŞ dolları) və 23-cü bölməyə CA üzrə kiçik inspektor keçəndə əlavə 10000$ (on min ABŞ dolları) qaytar.
Onun pul almasını və ərizəni Röyaldan 17 dekabr 2014-cü il tarixində yazdırmasını Nofəl Məhərrəmovla mənim və Nofəl Əliyevlə mənim telefon danışıqlarımızın çıxarılması ilə sübut olunur. (17 dekabrdan – 30 dekabr 2014-cü il tarixədək olan danışıqlarımız mənim (055) 308 59 69 nömrəmlə (055) 211 08 03 Nofəl Məhərrəmov və (055) 211 01 46 Nofəl Əliyev nömrələrindəki danışıqlar).
Bunları istintaq zamanı işi aparan müstəntiqə dedim və ərizə ilə BBPİ-nə müraciət etdim orada da göstərdim. Bilmirəm niyə etmədilər.
Cinayət işini aparan müstəntiq Vüqar İsmayılovdan soruşdum ki, telefon danışıqlarını niyə çıxarmırsınız və Röyal əməliyyat qrupunda olmasını təsdiqləyən kamera görüntüsü və tabel və davamiyyət kitabları həmin vaxt Röyalın polis olmasının təsdiqi üçün bəs deyil. Cavab verdi ki, mən kiməm mənə deyiblər belə etmişəm. Mən haqqı, ədaləti və vicdanı soruşdum susdu və dedi lazım gələndə oğlunu buraxacayıq. 5 ay 18 gün oğlum təcridxanada qaldı. Müstəntiq nə oraya gedib Röyalı dindirmədi, nədə oradan gətirib danışdırmadı. 05 iyun 2015-ci ildə təcridxanaya gedib, maddəni dəyişib özbaşına (322.2) maddəsi ilə Röyalı və Asifi həbsdən buraxdı və dedi ki, 10-15 günə məhkəmə olacaq. Orada demə ki, polis olmusan. Vəkilin vəsatətlərinə məhəl qoymadı. İşi hələ indi yanvar 2016-cı ildə işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərib, vəkilə və Röyala bildirmədən. İndi vəsatətlər məhkəmədə qaldırılıb 3 dəfə məhkəmə iclasına gün təyin olunub, qarşı tərəf gəlmədiyindən heç bir iclas olmayıb.
Nofəl Məhərrəmov mən verdiyim pulu istədiyim üçün və vəsatətləri dayandırmadığımıza görə 2015-ci ilin yanvar ayında digər oğlum Xəyal Məmmədovu heç bir iclas olmadan 2012-ci ilin töhmətini əsas tutaraq guya yoldaşlıq məhkəməsi ilə işdən çıxarıldığını deyərək işə buraxmadı. Hansı ki, Xəyal da işə girəndə 10000 manat (on min) CAŞ-nə kiçik inspektor keçirəndə də 10.000 (on min) manat pul alıb. Mən hər iki oğlum üçün Nofəl Məhərrəmovun aldığı pulları və qızıl təsbehi qaytarmasını kömək etməyinizi xahiş edirəm. (cəmi 45.000 manat) və bir ədəd qızıl təsbeh.
Məhkəmə prosesində vəsatətlər tələb olduğundan v’ sübutla danışdığından sonra Nofəl Məhərrəm Xəyal üçün öyrətmələrlə əsası olmayan yalanla, şər, böhtanla şikayət etdirdi və Nofəl Məhərrəmovun təzyiqi ilə ərizə yazan yalan üzə çıxdı. Səfər Ələkbərov (boyu 168) növbətçi hissədə sürücü işləyir (kiçik çavuş) və sürücülük vəsiqəsi yoxdur.
Nofəl Məhərrəmov deyir ki, mən Xəyalı işə qayıtmağa qoymayacağam. Onlar niyə vəsatəti tələb edirlər geri götürmürlər.
Sizdən xahiş edirəm mənim hər iki oğlumun işini araşdırıb haqlı qərar çıxarılmasına köməklik edəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.
İnanıram ki, Sizin köməyinizlə ədalət zəfər çalacaq”. (AzToday)

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın