Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Polis Bakının Nərimanov rayonunda reyd keçirib – VİDEO

Polis Bakının Nərimanov rayonunda reyd keçirib – VİDEO

Paytaxtın Nərimanov rayonu ərazisində rayon Polis İdarəsi və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, maarifləndirmə tədbirləri keçirilib.

APA TV-nin xəbərinə görə, reyd zamanı hüquq pozuntularının profilaktikası, küçə ticarəti, antisanitariya, müəyyən olunmayan yerlərdə və səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı qanunvericilik çərçivəsində fəal iş aparılıb.

Reyd zamanı yeraltı piyada keçidi olduğu halda bundan istifadə etməyən piyadaların hərəkəti dayandırılıb, onlara xəbərdarlıq edilib. Onlar yeraltı piyada keçidlərindən istifadə etməməklə həm avtomobillərin hərəkətinə mane olmaları, həm də öz həyatlarını təhlükəyə atmaları ilə bağlı maarifləndiriliblər.

Piyadalar təyin olunmamış yerlərdə yolu keçməklə həm özlərinə, həm də avtomobillərə mane olurlar. Bəzi sürücülər isə avtomobilləri səkilərdə saxlamaqla piyadaların rahat gediş-gəlişinə əngəl yaradırlar. Qadağan olunmuş yerdə avtomobilini park edən sürücülər xəbərdarlıq edilərək ərazidən uzaqlaşdırılıb. Həmin sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Reyd zamanı rayon ərazisində antisanitariya vəziyyəti yaradan obyektlər də yoxlanılıb. Zibil qalıqlarını küçəyə, insanların gediş-gəliş yollarına yığan iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edilib, bəzilərinə protokol tərtib olunub. Tullantılar obyekt işçiləri tərəfindən yerindəcə yığışdırılıb.

Obyektlərdən birinin kondisionerinin suyu küçəyə axıdılması və obyektin önündə motosikletlərin səkidə parklaması sakinlərin haqlı narazılığına səbəb olub. Obyekt sahibləri barədə protokol tərtib edilib. Motosikletlər ərazidən uzaqlaşdırılıb.

Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, bu cür tədbirlərin tez-tez keçirilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …