Ana səhifə / Cəmiyyət / “Polisə dəstək” İctimai Birliyi Nardaran hadisələrilə bağlı bəyanat yaydı

“Polisə dəstək” İctimai Birliyi Nardaran hadisələrilə bağlı bəyanat yaydı

“Polisə dəstək” İctimai Birliyi  Nardaranda baş verən və 2 polis işçisinin qətlə yetirilməsi ilə nəticələnən hadisə ilə bağlı bəyanat yayıb. Azinforum.az qurumun Mətbuat Xidmətinə istinadən həmin bəyanatı təqdim edir:

“26 noyabr 2015-ci il tarixdə Bakının Nardaran qəsəbəsində baş verən iğtişaş Azərbaycan vətəndaşlarında son dərəcə ikrah hissi yaradıb.
Nardaran yenə “barıt çəlləyinə” bənzəyir. Azərbaycan avropa və digər dünya ölkələrindən fərqli olaraq təhlükəsiz həyatını yaşadığı bir ərəfədə insanlığa, dinə və imana sığmayan, dövlətin humanistliyi nəticəsində cəzaçəkmə müəssisəsindən yenicə azad edilmiş lakin, islah olunmayan Taleh Bağırzadənin ictimai münasibətlərə zidd davranışı,tərəfdarları ilə konstitutsion quruluşu devirməyə cəhd etməsi sərsəmliyin əlaməti olaraq həm də, bizə məkrli niyyətlərlə yanaşan dövlətlərin dəyirmanına su tökməkdən başqa bir şey deyildir.
Vəziyyəti dramatik həddə çatdıran ekstremist “Müsəlman Birliyi” təşkilatı ictimai qaydanı mühafizə edən polis əməkdaşlarına qarşı ağlasığmaz, amansız hərəkət və hərəkətsizliklərə yol vermiş, nəticədə bir qrup polis əməkdaşları radikal təşkilatın qurbanına çevrilmişlər. İki nəfər polis əməkdaşları asayişin mühafizəsi ilə bağlı xidməti vəzifələrini həyata keçirərkən qəhrəmancasına həlak olmuşlar.
Özünü qatı islamçı və dini qruplar kimi təqdim edən həmin qüvvələr əslində Rəbb kəlamlarına, islamın fundamental istiqamətlərinə və dəyərlərinə də müstəsna həyasızlıq və hörmətsizlik edərək, paytaxtda sabitliyi pozmaqda maraqlı olmuşlar.
Ekstremist “Müsəlman Birliyinin” çətir altı havadarları Nardaranlıların heç vaxt dövlətə qarşı olmadığını vurğulasalar da, əslində hadisənin məcrasından çıxıb rezonans doğuracağını həm ağsaqqallar şurası, həm də kəndin digər tanınmış şəxsləri (bilməliydilər) bilirdilər və arzuolunmaz nəticənin qarşısını almaq üçün müvafiq orqanlara dərhal məlumat verməliydilər.
“Polisə Dəstək” İctimai Birliyi Respublika Daxili İşlər Nazirliyinin hadisəyə çevik reaksiyasını, Taleh Bağırzadənin və tərəfdarlarının zərərsizləşdirilərək cəmiyyətdən təcrid edilməsini təqdir edir.
Baş Prokurorluqla DİN-nin fövqaladə hadisə ilə bağlı birgə əməliyyat-axtarış tədbirlərini alqışlayır. İctiami Birlik bəyan edir ki, Azərbaycan dövlətinə mənsub, onunla siyasi və hüquqi bağlılığı olan hər bir kəs dövlətçilik və xalqın təhlükəsizliyinə yönələn belə hərəkətlərə qarşı çıxmalı, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən ölkə Prezidentinin ətrafında sıx birləşməli və cəmiyyətin parazitar xəstəliklərinə qarşı mübarizə aparan hüquq mühafizə orqanlarına dəstək olmalıdırlar.
Sonda, DİN-nin kollegiyasına, çox minlik polis əməkdaşlarına və hər iki tərəfdən  həlak olanların doğmalarına uca Allahdan səbr diləyirik ! Amin!

Təşkilatın idarə heyəti adından : Şəmsəddin Əliyev”

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın