Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Polad Həşimov haqda film çəkilib

Polad Həşimov haqda film çəkilib

Türkiyənin “Yenişafak” qəzetinin layihəsi olan “Tabuta sığmayanlar” proqramının növbəti bölümü şəhid general-mayor Polad Həşimova həsr edilib.

Proqramın 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmişdi. 104-cü buraxılışda isə Polad Həşimovun döyüş və həyat hekayəsindən danışılıb.

Filimdə Polad Həşimovun bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları danışıb.

Filmin rejissoru Samir Babaoğlu və Ender Çinardır. Qeyd edək ki, “Tabuta sığmayanlar” Türkiyənin PKK terror təşkilatı, Suriya və İraqdakı müharibələrdə şəhid olan türk əsgərlərinin mübarizəsindən bəhs edir.

Proqramda İkinci Qarabağ müharibəsində şəhid olan azərbaycanlı qəhrəman döyüşçülərin həyat hekayələri də yer alacaq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …