Ana səhifə / Cəmiyyət / Pedofil dostuna kömək etmək istəyən azərbaycanlı biznesmen həbsə göndərildi

Pedofil dostuna kömək etmək istəyən azərbaycanlı biznesmen həbsə göndərildi

Rusiyada məhkəmə azərbaycanlı biznesmen Allahverdi Quliyevi 4 il müddətinə həbsə məhkum edib.

Oxu.Az xəbər verir ki, “Çepets istilik kombinatı”nın baş direktoru olan A. Quliyev dostunu cinayət məsuliyyətindən qurtarmaq üçün müstəntiqə 2 milyon rubl (52 min AZN) rüşvət verməkdə ittiham olunub.

Bildirilir ki, A. Quliyev yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməllərinin törədilməsi üzrə cinayət işini aparan müstəntiqə rüşvət verməyə çalışıb.

A. Quliyev iki milyon rubl rüşvət müqabilində müstəntiqin həbs-qətimkan tədbirinin yaşayış yerini tərk etməmək haqqında iltizamla əvəz etməsini istəyib. Sonra o öz dostunu Rusiyadan çıxarmağı planlaşdırıb.

İstintaq Komitəsinin əməkdaşı rəhbərliyə və müvafiq strukturlara bu barədə məlumat verib. Mayın 7-də A. Quliyev rüşvət vermək istəyərkən Federal Təhlükəsizlik Xidmətinin Kirov vilayəti üzrə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə A. Quliyevi 4 il müddətinə həbs cəzasına məhkum edib. O həmçinin 20 milyon rubl cərimə ödəməli olacaq.

Bildirilir ki, azərbaycanlı biznesmenin rəhbəri olduğu şirkət hazırda çətin durumdadır. O, fəaliyyət göstərsə də, perspektivləri dumanlıdır.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …