Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / PAŞA MƏMMƏDOVDAN GERİYƏ ADDIM – YAZDIĞINI SİLDİ…

PAŞA MƏMMƏDOVDAN GERİYƏ ADDIM – YAZDIĞINI SİLDİ…

Azinforum.az xəbər verir ki, 112 saylı Qax seçki dairəsindən  namizədliyi qeydə alınan Paşa Məmmədov (İlusuyskiy) növbəti qalmaqalla üzləşib. Səbəb onun Facebook sosial şəbəkəsində paylaşdığı fikir olub. Qeyd edək ki, Paşa Məmmədovun bundan əvvəl də yazdığı fikirlər ətrafında  ciddi qalmaqalar yaşanıb. Məsələn, onun  deputat Azər Kərimliyə dolayısı ilə ünvanladığı  bir şeir və həmin nəsrdə “sapı özümüzdən olan baltalar” ifadəsini işlətməsi Qaxda birmənalı qarşılanmadı. Təbiidir ki,  bir çox qaxlılar həmin ifadəni öz ünvanlarına işlədilən təhqir kimi qəbul etdi. Çünki Qaxda az da olsa, Azər Kərimlini istəyənlər var.

Paşa Məmmədovun növbəti “novatorluğu” erməni mövzusu ətrafında oldu. Həmin vaxt da onun paylaşdığı fikir sosial şəbəkələrdə, xüsusilə də Qax rayonuna aid qrupda  deyilən epitetin Paşaya səs verməyənlərə aid edildiyinə dair fikirlər səsləndirildi. Nəticədə, sabiq diplomat  bir neçə dəfə yazdığı statusu redaktə etmək məcburiyyətində qaldı. Sonda etdiyi videomüraciətlə məsələyə aydınlıq gətirməyə çalışdı.

Paşa Məmmədovun növbəti qalmaqala səbəb olan statusu isə heyvan və quşlar barəsində olub. Əslində isə, həmin məcazi məna ilə Paşa Məmmədov kimlərəsə mesaj vermək istəyib.  Sabiq diplomatın məlum  fikiri  sosial şəbəkələrdə hakim partiyaya ünvanlanan mesaj kimi yozulub.  Ciddi təpkini görən deputatlığa namizəd öz yazdığını pozmağa məcbur olub. Hər halda, diqqət mərkəzində olan adam üçün belə gedişatlar müsbət divident gətirmir. Xüsusilə də seçki marafonunun getdiyi bir dönəmdə.

Azinforum.az Paşa Məmmədovun son statusunu təqdim edir.

RÖVŞƏN ƏLİ

p

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın