Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Partlayış olan binanın sakinləri harda qalacaq?

Partlayış olan binanın sakinləri harda qalacaq?

Gəncə şəhərində partlayış baş verən binanın sakinlərinə yeni bina tikiləcək. Bu müddət ərzində sakinlərin harda qalacağı da məlum olub.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Gəncə şəhər İcra hakimiyyəti Başçının müavini  Mikayıl Zeynalov  sakinlərə konpensasiya ödənildiyini bildirib:
“Partlayış baş verən binanın sakinlərinə yeni bina tikilənə qədər otaq sayına uyğun olaraq müvəqqəti məskunlaşmaları üçün kompensasiya ödənilib”.
Qeyd edək ki, bu gün Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib, vəziyyəti ağırdır.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …