Ana səhifə / Cəmiyyət / Partiya sədri  Gəncədə həbs edilən milliyyətçi gənclərin müdafiəsinə qalxdı

Partiya sədri  Gəncədə həbs edilən milliyyətçi gənclərin müdafiəsinə qalxdı

Milliyyətçi siyasi oriyentasiyası ilə tanınan Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli iyul ayının 31-də Gəncə şəhərində saxlanılan və barələrində 25 sutka inzibati həbs qərarı çıxarılan Müşfiq Vəliyev və İskəndər Osmanlı adlı milliyyətçi gənclərin müdafiəsinə qalxıb. Partiya sədri Azinforum.az-a açıqlamasında bildirib ki, həmin gənclərin fəaliyyətilə maraqlanıb və onların dövlətimiz üçün problem yaradacaq deyil, əksinə, fayda verə biləcək gəncliyin nümayəndələri olduğunu təsbit edib:

“Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyətinin üzvləri olan bu gənclərin həbsi ətrafında bəzi qurumlar öz maraqları naminə şoular düzəltməyə cəhd edirlər. Onların həbsinə güya müxalifətə edilən basqı donu geyindirilir. Gənclərin saxalanılmasına mən də qarşıyam. Ancaq mən həmin gəncləri heç bir siyasi partiyadan asılı olmayan, milli məfkurənin daşıyıcısı olan gəncliyin nümayəndələri kimi qəbul edirəm. Hesab edirəm ki, Azərbaycanın real vəziyyətində bu cür əqidəli, millətini, Vətənini, dövlətini təmənnasız sevən gəncliyə daha böyük ehtiyacı var. Həmin gənclər bizə azadlıqda daha çox lazımdır, nəinki dörd divar arxasında. Ölkənin əlaqədar qurumlarını bu gənclərin işini xüsusi nəzarətə götürməyə çağırıram”.

Çinarə SEYİDOVA
Azinforum.az

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın