Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Parkinqlərin qiymətilə bağlı – AÇIQLAMA

Parkinqlərin qiymətilə bağlı – AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) qurumun tabeliyində olan parkinqlərdə tariflərin artması ilə bağlı xəbərləri təkzib edib.

Qurumun nümayəndəsi Mais Ağayev FED.az-a bildirib ki, qiymətlər artırılmayıb.

Onun sözlərinə görə, hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri, arasında eyni zamanda Neftçilər prospekti-Hökümət evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib: “Bu istiqamətdə ciddi iş aparılmaqdadır. Bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq. Tariflərlə bağlı yeni bir qərar olacağı halda təbii olaraq ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …