Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Özünü öldürən MTN polkovnikinin – FOTOSU

Özünü öldürən MTN polkovnikinin – FOTOSU

Dünən Bakı İstintaq Təcridaxnasında özünü asan MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev dəfn edilib.

Criminal.az-ın əməkdaşı bu gün İ.Əliyevin yas mərasimində olub. Mərhumun yaxınları hər hansı informasiya vermək istəməyiblər. Bildiriblər ki, İ.Əliyevin ölümü ilə bağlı ancaq rəsmi məlumatlarla kifayətlənsinlər.

Qeyd edək ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib. Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

ilqar02.png

ilqar03.png

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın