Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Ov” və “yev” soyad sonluqlarını dəyişmək üçün nə etmək lazımdır? – VİDEO

“Ov” və “yev” soyad sonluqlarını dəyişmək üçün nə etmək lazımdır? – VİDEO

Azərbaycan vətəndaşlarının bir çoxu hələ də “ov” və “yev” soyad sonluqlarından istifadə edir. İstər soyad sonluğunun, istərsə də soyadın dəyişdirilməsi qanunvericiliklə tənzimlənir. Ancaq bu iki proses bir qədər fərqli icra olunur.

Soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki “ASAN xidmət” mərkəzinə yaxınlaşmaqla bu məsələni həll edə bilər.

Soyad sonluğunu dəyişdirmək istəyənlər cəmi 10 manat dövlət rüsumu ödəməklə problemi həll edə bilərlər. O ki qaldı soyadların dəyişdirilməsinə, bu, bir qədər uzun prosesdir…

Vətəndaşlar arasında soyad sonluğunun və ya soyadın dəyişdirilməsi məsələsinə münasibət birmənalı deyil.

Qeyd edək ki, 1 saylı “ASAN xidmət” mərkəzində 2020-ci il üzrə 114 nəfər , 2021-ci ilin əvvəlindən bu günə qədər isə 48 nəfər ad və soyad üzərində dəyişmə əməliyyatını rəsmiləşdirib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …