Ana səhifə / Cəmiyyət / Ötən il Azərbaycanda 3220 nəfərə daimi yaşama icazəsi verilib

Ötən il Azərbaycanda 3220 nəfərə daimi yaşama icazəsi verilib

2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib.

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 210 qərar qəbul edilib:

“Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.

DMX rəisi bildirib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir.

O, qeyd edib ki, hesabat dövründə xarici ölkələrdən Azərbaycana 464 vətəndaşın readmissiyası həyata keçirilib. (Azvision.az)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …