Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Orxan Əsgərovun bibisi: “Cənazənin gətirilməsi İrandan asılıdır”

Orxan Əsgərovun bibisi: “Cənazənin gətirilməsi İrandan asılıdır”

“Orxanın cənazəsini gözləyirik. Bütün gecəni gözləmişik. Hələ gətirilməyib. Bizə verilən məlumata görə, Orxanın cənazəsinin göndərilməsi İran tərəfindən asılıdır. Belə bilirəm, cənazə axşam reysi ilə göndəriləcək. Çox güman ki, dəfn də sabah olacaq”.

Bu məlumatı “Bizim.media”ya İranda həlak olmuş səfirlik əməkdaşı, baş leytenant Orxan Əsgərovun bibisi İlhamə Əsgərova deyib.

İlhamə Əsgərova Orxanın həyat yoldaşı Aynurun sağlamlıq vəziyyətinin yenə qeyri-stabil olduğunu da bildirib. Qeyd edib ki, bu gün də ona təcili tibbi yardım çağırılıb.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …