Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Ordumuz ermənilərdən 10 dəfə güclüdür” – Sabiq nazir

“Ordumuz ermənilərdən 10 dəfə güclüdür” – Sabiq nazir

“Ermənilər kəşfiyyat məqsədi ilə öz pilotsuz uçan aparatlarını Azərbaycan tərəfinə göndərirlər. Onlar bu yolla Azərbaycanın nə vaxt hücuma keçəcəyini öyrənməyə çalışırlar”.

Bunu AzVision.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib.

Eks-nazir son günlər ermənilərin Azərbaycan tərəfinə pilotsuz uçuş aparatlar göndərmələrinə münasibət bildirərək qeyd edib ki, düşmən tərəfi artıq Azərbaycanın hücuma keçəcəyindən qorxmağa bağlayıb:

“Mən bir general və keçmiş nazir kimi deyə bilərəm ki, bizim ordu erməni ordusundan 10 dəfə güclüdür. Ordumuz hər cəhətdən ermənilərdən güclüdür. Onlar bizim ordunun gücündən qorxuya düşüblər. Ermənilər Azərbaycan tərəfinin hər an hücuma keçəcəyindən qorxurlar”.

D.Rzayev ermənilərin Azərbaycan tərəfinə göndərdikləri uçuş aparatlarının qiymətlərindən söhbət açıb: “Onların qiyməti çox yüksəkdir. Bununla da biz bir daha ermənilərə və onları müdafiə edənlərə sübut etdik ki, Azərbaycan ordusu hə an öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Ermənilər Azərbaycan ordusunun gücündən qorxuduqları üçün pilotsuz aparatları bizim tərəfə göndərirlər. Azərbaycan ordusu günü- gündən güclənir. Həmin pilotsuz aparatları ermənilərə Rusiya verir. Bununla da ordumuz ermənilərə sübut edir ki, Azərbaycan öz torpağını onlara verməyəcək”.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycan ordusu düşmənin üç pilotsuz uçan aparatını məhv edib.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın