Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Oqtay Şirəliyevin məhkəməyə verdiyi jurnalistin anası vəfat etdi

Oqtay Şirəliyevin məhkəməyə verdiyi jurnalistin anası vəfat etdi

Səhiyyə Nazirliyinin qarşısında soyunaraq etiraz edən jurnalist Teymur Kərimovun anası bu gün vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, axşam saatlarında dünyasını dəyişib. Mərhum sabah Sabahçu qəsəbəsində dəfn ediləcək.

Qeyd edək ki, T. Kərimovun anası xərçəng xəstəliyindən əziyyət çəkirdi. Jurnalist səhiyyədə olan rüşvətxorluğa etiraz olaraq nazirliyin binası qarşısında paltarlarını soyunaraq satışa çıxarmışdı. O, satışdan əldə edəcəyi pulu həkimlərə verəcəyini bildirirdi.

Buna görə də nazirlik jurnalisti məhkəməyə vermişdi və bu gün onun hazırlıq iclası keçirilmişdi.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …