Ana səhifə / Cəmiyyət / Onların kəndi işğaldan azad olundu

Onların kəndi işğaldan azad olundu

Azərbaycan Ordusunun aprelin 27-də başlatdığı əks-hücum əməliyyatı ilə düşmən işğalında olan yaşayış məntəqələrimiz bir-birinin ardınca azad edilir.

Bu günə kimi 50-dən artıq şəhər, qəsəbə və kənd düşməndən təmizlənərək, tamamilə Silahlı Qüvvələrimizin nəzarətinə keçib. Azad olunan yaşayış məntəqələrinin sakinləri arasında müxtəlif dövrlərdə Azərbaycan hakimiyyətində yüksək post tutmuş keçmiş və indiki məmurlar, ictimai siyasi xadimlər və tanınmış idman adamları da var.

Ömrünün qürub çağında doğulduğu kəndi görmək səadətinə qovuşanlardan biri də Baş nazirin sabiq müavini, YAP İdarə Heyətinin üzvü Əli Həsənovdur. Əli Şamil oğlu Həsənov 1948-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində sentyabrın 27-də Böyük Mərcanlı kəndi düşmən işğalından azad olunub. 

Müzəffər ordumuzun şanlı qələbələrindən sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da doğulduğu şəhəri görmək şansı qazanıb. Xatırladaq ki, 1952-ci ildə Cəbrayılda dövrün tanınmış jurnalistlərindən olan Sirac Rüstəmovun ailəsində dünyaya gələn Elman Rüstəmov orta məktəbi doğma şəhərdə oxuyub. Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini azad edəndən sonra Rüstəmovun ata ocağı da əsirlikdən xilas olub. Yenisabah.az

Ordumuzun uğurlu hərbi əməliyyatları daha bir yüksək rütbəli məmura doğma kəndini görmək imkanı qazandırıb. Yurd niskilinə son qoyulan vəzifəlilərdən biri də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevdir. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində həyata keçirdiyi əks hücumu əməliyyatı nəticəsində oktyabrın 4-də Vəliyevin andan olduğu doğma Çərəkən kəndi düşmən işğalından azad edildi.

Azərbaycan İlahiyyat İnstitutunun keçmiş rektoru, Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı dairəsindən deputatı Ceyhun Məmmədov da köçkün həyatıyla vidalaşan tanınmışların sırasındadır. 1975-ci ildə Cəbrayılda böyük nüfuz sahibi olan Valeh Məmmədovun ailəsində dünyaya göz açan Ceyhun Məmmədov Ordumuzun rəşadəti sayəsində oktyabrın 4-də doğma Şükürbəyli kəndinə qovuşub.

Futbol üzrə Azərbaycan milli komandasının, “Qəbələ”nin və “Zirə”nin keçmiş kapitanı Cavid Hüseynov da köçkün adıyla vidalaşan bəxtəvərlərdəndir. Ordumuz oktyabrın 4-də Cavidin doğulduğu Cəbrayıl rayonunun Qaracallı kəndini azad etməklə onun 27 illik yurd həsrətinə son qoydu.

Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyulacağı gün də uzaqda deyil…

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …