Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Onların Allahı da, dini də puldur“

“Onların Allahı da, dini də puldur“

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb. Bu barədə Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, X.Bayramova vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edərək onlara qanunsuz təlimatlar verib. Yəni “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınmasını, bu barədə tibbi sənədin verilməsini tələb edib.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə bildirib ki, hüquq-mühafizə orqanlarının rüşvətxor və korrupsioner məmurlarla bağlı ciddi ölçü götürməsi təqdirəlayiqdir. Jurnalistin sözlərinə görə, belə şəxslərlə mübarizə zamanın tələbidir:https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-5860023968987848&output=html&h=280&adk=1203553947&adf=3231970819&pi=t.aa~a.3081023488~i.5~rp.4&w=690&fwrn=4&fwrnh=100&lmt=1620545554&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=9466248309&psa=1&ad_type=text_image&format=690×280&url=https%3A%2F%2Fyenisabah.az%2Fonlarin-allahi-da-dini-de-puldur&flash=0&fwr=0&pra=3&rh=173&rw=690&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTAuMCIsIng4NiIsIiIsIjkwLjAuNDQzMC45MyIsW11d&dt=1620545554915&bpp=1&bdt=635&idt=2&shv=r20210505&cbv=%2Fr20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Db8f86e9e79a857f5-22f53e2e09c8004a%3AT%3D1620415412%3ART%3D1620415412%3AS%3DALNI_MaWFin8xDQuzOha-45Pca-Tpy2SRQ&prev_fmts=0x0%2C728x90%2C728x90&nras=2&correlator=3839759381983&frm=20&pv=1&ga_vid=979649017.1616597300&ga_sid=1620545484&ga_hid=816178057&ga_fc=1&u_tz=240&u_his=2&u_java=0&u_h=768&u_w=1366&u_ah=728&u_aw=1366&u_cd=24&u_nplug=3&u_nmime=4&adx=170&ady=1158&biw=1349&bih=640&scr_x=0&scr_y=0&eid=42530672%2C44739521&oid=3&pvsid=4443950161344206&pem=248&ref=https%3A%2F%2Fyenisabah.az%2F&eae=0&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1366%2C0%2C1366%2C728%2C1366%2C657&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=1152&bc=31&ifi=5&uci=a!5&btvi=2&fsb=1&xpc=ODWiwn9R6L&p=https%3A//yenisabah.az&dtd=26

“Nəfsinə hakim ola bilməyən, dövlət əmlakını “dədəsinin malı” kimi talayan adamların əl-qolu bağlanmalıdır. Cinayət törətmiş adamlar cəzasız qalanda, bu, başqalarına pis nümunə olur. Hamı qanunları pozmağa, güclü gücsüzü döyməyə, əlində səlahiyyət varkən rüşvət almağa can atır. İnsanları ona görə cəzalandırırlar ki, başqalarına görk olsun. Təəssüf ki, bu tendensiya Azərbaycan üçün bir o qədər də keçərli deyil. Bizim ölkəmizdə “gözü çıxmış qardaşından” nümunə götürən adamların sayı çox azdır. Obrazlı desək, öz gözü çıxmayana kimi çoxlarının ağlı başına gəlmir. Əgər belə olmasaydı, hazırda 7 icra başçısı məhbəs həyatı yaşamazdı”.

S.Verdizadə vurğulayıb ki, rüşvət alıb-almamaq cinsiyyət yox, mənəviyyat məsələsidir:

“Az-çox mənəvi keyfiyyəti olan adam başqalarının övladlarının boğazından kəsdiyi pulla öz övladına çörək almaz. Ləyaqətli insan öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaz. Amma biz sosial işçilərin son ümid yeri olan maaş kartına göz dikən məmurlardan bu cür yüksək mənəvi keyfiyyətlər gözləyə bilmərik. Onların Allahı da, dini də puldur. Rüşvət kimi aldıqları pullar boğazlarında qalıb bu adamları zəlil etməyənə kimi öz murdar xüsusiyyətlərindən əl çəkmirlər. Onlar xalqın boğazına göz dikdikləri üçün “qara maskalı oğlan” əlini onların boğazından çəkmir. Və bu, sosial sifarişdir. Hesab edirəm ki, rüşvətxor, yaramaz məmurlara qarşı mübarizə təkcə hüquqi müstəvidə aparılmamalıdır. Cəmiyyət ayıq-sayıq olmalıdır. Var gücümüzlə bu adamlara qarşı mübarizə aparmalı, onların əl-qolunu bağlamalıyıq. Bunun üçün də ölkədə effektiv ictimai nəzarət mexanizmi qurulmalıdır. Hər bir vicdanlı vətəndaş bu prosesdə könüllü iştirakçı olmalıdır. Yalnız bu yolla rüşvətxor və korrupsioner məmurların meydanını daralda bilərik”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …