Ana səhifə / Cəmiyyət / Ombudsman saxlanılan Ermənistan vətəndaşı ilə görüşdü

Ombudsman saxlanılan Ermənistan vətəndaşı ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin saxlanma şəraiti, onların hüquqlarının təminatı vəziyyəti araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.

Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Ombudsman tərəfindən həyata keçirilən növbəti başçəkmə zamanı Ermənistandan olan və Azərbaycanın işğaldan azad olunmuş ərazisində müəyyən edilərək saxlanılan A.Q. da konfidensial qaydada qəbul edilib.

İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən həmin şəxsin müraciətləri dinlənilib, ona öz dilində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Hər hansı bir fərq qoyulmadan həmin şəxsə münasibətdə beynəlxalq hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.

O, saxlanma şəraitindən və onunla rəftardan, qidalanmadan, tibbi xidmətdən razılıq etməklə yanaşı, göstərilən münasibətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan, Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti ilə yanaşı, beynəlxalq hüquq normaları əsasında saxlanılan şəxsin hüquqlarının təmin edildiyi müşahidə olunub və o, qəbula görə Ombudsman Səbinə Əliyevaya minnətdarlıq edib.

Ermənistan Respublikası tərəfindən isə kombatant olmayanlara, yaralanaraq əsir düşmüş hərbi qulluqçularımıza və azərbaycanlı girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub, onlara ilkin və zəruri tibbi xidmətlər göstərilməyib, qida ilə təmin olunmamaqla yanaşı, işgəncələrə və qeyri-insani rəftara məruz qalıblar.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …