Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Ölümü düzgün qeydə almayanların cərimələnməsi ilə bağlı dəyişiklik təsdiqlənib

Ölümü düzgün qeydə almayanların cərimələnməsi ilə bağlı dəyişiklik təsdiqlənib

Azərbaycanda ölümü düzgün qeydə almayanların 300 manat cərimələnməsi ilə bağlı dəyişiklik təsdiqlənib.

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiq edib.

İXM-yə edilən dəyişikliklə tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə olunacaq.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …