Ana səhifə / Cəmiyyət / Ölüm xəbəri yayılan MTN naziri sağ imiş – RƏSMİ

Ölüm xəbəri yayılan MTN naziri sağ imiş – RƏSMİ

Bir müddət öncə həbsdə öldüyü haqda xəbər yayılan Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun sağ olduğu haqda rəsmi açıqlama verilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün yaydığı məlumatda qeyd edilib .
Belə ki, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti həbsdə ölən polkovnik Zakir İsmayılovla bağlı açıqlama yayarkən onun hazırda həbsdə olan Vəli Ələsgərovun təqdimatı ilə Bakıya xidmətə göndərildiyini bildirilib.
Bununla da Naxçıvan DTX sabiq nazir Vəli Ələsgərovun ölmədiyini, hazırda həbsdə olduğunu açıqlayıb.

Qeyd edək ki, sabiq nazir Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunurdu. V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının Milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …