Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Ölkənin ən tanınmış adamları Vahid Mustafayevin ətrafına toplaşdı – FOTOLAR

Ölkənin ən tanınmış adamları Vahid Mustafayevin ətrafına toplaşdı – FOTOLAR

Bakıda məşhur otellərdən birində Azərbaycanın ilk yerli saat brendi olan VMF saatlarının yeni kolleksiyası təqdim edilib.
Tədbirdə ökənin bir çox tanınmış şəxsləri, siyasətçilər, ictimai xadimlər, aktyorlar, sənət adamları iştirak edir. Onlar arasında deputat Səməd Seyidov, xalq şairi, keçmiş millət vəkili Sabir Rüstəmxanlı, Xalq Artisti, Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru Səyavuş Kərimi, xalq artisti Fəxrəddin Manafov, xalq artisti Murad Dadaşov, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və başqaları olub.
Tədbirdə ilk söz VMF saatının birinci alıcısı sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlıya verilib.
Daha sonra şirkətin baş direktoru Dilarə Əliyeva, ondan sonra isə şirkətin yaradıcısı Vahid Mustafayev çıxış edib.
Kolleksiyanın təqdimatından sonra Çingiz Mustafayev Fondu tərəfindən təltifolunma mərasimi keçirilib.
BakuPost

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …