Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Ölkəmizin beynəlxalq investisiya imici daş-qalaq olunur” –İş adamı

“Ölkəmizin beynəlxalq investisiya imici daş-qalaq olunur” –İş adamı

“Ölkədə qeyri-neft sektorunun inkişafı rəsmi siyasət kimi qəbul olunub.Cənab Prezidentimiz dəfələrlə keçirdiyi müşavirələrdə bu barədə bütün məmurlara göstəriş verib və yeni iş yerlərinin açılmasını günün başlıca məqsədi kimi qarşıya qoyub. Biz də ölkəmizə investisiya qoymaq istəyən şirkətlərdənik. Nə yazıq ki, müəyyən öyrədilmiş adamlar vasitəsilə xoş niyyətimizin qarşısı alınır”.

Strateq.az xəbər verir ki, bu sözləri “Absheron-M” şirkətinin icraçı direktoruSənan Rəhimov mətbu orqanlarında barələrində gedən bir xəbəri şərh edərkən bildirib.

Xatırladaq ki, dünən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivinin bir qrup sakini binalarının yanında yerləşən ərazidə tikinti aparılmasına etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarından biri tikintinin park ərazisində yerləşməsini və inşaaatçıların ağac kəsdiyini iddia edərək, iş dayandırılmasa özünü yandıracağını bildirib. Hüquq mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində tikinti müvəqqəti olaraq dayandırılıb.

senan1

Tikinti şirkətinin direktorunun sözlərinə görə, sakinlər tərəfindən irəli sürülən iddiaların heç birinin əsası yoxdur: “Əvvəla, bizim inşa edəcəyimiz bina qətiyyən park ərazisinə düşmür. Təhlükəsizlik tədbirləri üçün hasara almaq istədiyimiz sahə isə heç də binanın yerləşəcəyi ərazini əhatə etmir. Biz sadəcə insanların təhlükəsizliyini daha yaxşı təminat altına almaq üçün əmək qanunvericiliyinə görə, bu hasarı çəkməyi, inşaat işi bidikdən sonra isə onu yenidən sökməyi planlaşdırırıq.

İkinci, parkda bir müddət əvvəl ağacların kəsilməsinin bizə aidiyyəti yoxdur. Ağaclar bizdən əvvəl kəsilib və ərazidə avtodayanacaq tikilmək istənilib. Sonradan hansısa bir vətəndaş tərəfindən parkın içərisində inşa edilməsi planlaşdırılan həmin avtoparkın tikintisi dayandırılıb. Eşitdiyimizə görə, bizimlə əlaqəsi olmayan həmin vətəndaş haqqında hüquqi ölçü də götürülüb. Bizim layihədə nəzərdə tutduğumuz bina isə o əraziyə düşmür”.

Qeyd edək ki, hadisəylə bağlı dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi də açıqlama verib. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin Hüquq şöbəsinin əməkdaşı Çingiz Nəcəfov “Bizim yol”a açıqlamasında bildirib: “Son günlərdə Günəşli qəsəbəsində 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsi faktına rast gəlinməyib”.

Nazirlik rəsmisinin sözlərinə görə, parkda ağacların kəsilməsi faktı sonuncu dəfə bu ilin may ayında qeydə alınıb. Çingiz Nəcəfovun bu sözləri “Absheron-M” şirkəti yetkilisinin dediklərini təsdiqləyir.

senan2

Şirkət yetklisi Sənan Rəhimov onu da bildirdi ki, nəzərdə tutulan bina inşa edildikdən sonra sakinlərin rahatlığını təmin etmək üçün parkda yaşıllaşdırma işləri aparmağı planlaşdırırlar. O, həmçinin, binanın inşasına lazım olan bütün hüquqi sənədlərinin olduğunu, Bakı şəhər icra hakimiyyətinin 05. 05. 2016-cı il tarixli sərəncamıyla bu işə başladıqlarını dedi:

“Bütün hüquqi sənədlərimiz olduğu halda, sakinlərin nəyə etiraz etdiklərini biz də anlamırıq. Bu il ölkəmizdə tikinti sektorunun 70% zəiflədiyi rəsmən etiraf olunub. Xüsusilə xarici iş adamları investisiya mühitinin qənaətbəxş olmadığından çəkinirək, Azərbaycana kapital yatırmağa həvəs göstərmirlər. “Absheron-M” şirkəti olaraq, bu qorxu mifini qırmaq üçün investorlarımız birini ABŞ vətəndaşı seçmişik. İndisə, böyük ehtimalla, hansısa bədniyyətli çevrələr heç bir hüquqi əsası olmayan bəhanələrlə qarşımızı kəsmək istəyirlər. Bu isə ilk növbədə Azərbaycanın beynəlxalq investisiya imicinə zərbədir”.

Sənan Rəhimov şirkətlərinə qarşı “etiraz aksiyaları”nı hansısa qrupların qeyri-neft sektoruna yönəlmiş “məkrli kampaniyası” olduğundan şübhələnir: “ Axı adi iş fəaliyyətilə məşğul olmağımız niyə kimisə bu qədər qıcıqlandırmalı və o, intiharla bizi təhdid etməlidir? Üstəlik, bir neçə gün öncə yaxınlıqdakı məktəbin bir müəllimi sonuncu sinif şagirdlərini öyrədərək, üstümüzə göndərirdi. Universitetə hazırlaşacaq yaşda olan bu uşaqlar əllərində daş və şüşə ilə fəhlələri daşlayırdılar. Bir müəllimin öz müqəddəs peşəsini yaddan çıxarıb şagirdlərini şirkətimizin qanuni fəaliyyətinə qarşı “cihada səsləməsini” başqa amillərlə izah etmək mümkün deyil”.

Bununla belə, rayon sakinlərindən və həmin müəllimdən şikayət etməyəcəklərini deyən şirkət yetkilisi zamanla hər şeyin ortaya çıxacağına, aldadılaraq təbiətsevərlik duyğusu istismar olunan sakinlərin ağı qaradan ayıracağına inanır.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın